18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
"QUBADLIDAN YENİ RUBRİKA"
QARIŞ-QARIŞ AZƏRBAYCAN RUBRİKASINDA AZƏRBAYCANIN BÖLGƏLƏRİNİ TANITMAQ,MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ,ADƏT-ƏNƏNƏNLƏRİMİZİ YAŞATMAQ VƏ GƏLƏCƏK NƏSİLLƏRƏ ÖTÜRMƏYİ ÖZÜMÜZƏ BORC BİLİRİK.
QUBADLI-Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Sahəsi 802 kv/km, əhalisi 38,1 min (01.01.2010) nəfərdir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur.
Kəndləri bunlardır: Balahəsənli, Aşağı Cibikli, Xallava, Yuxarı Cibikli, Bala Soltanlı, Qaramanlı, Padar, Başarat, Armudlu, Deşdahat, Hat, Milanlı, Çardaqlı, Əyin, Xələc, Tarovlu, Çərəli, Boyunəkər, Saldaş, Dəmirçilər, Poladlı, Dondarlı, Diləli Müskənli, Mirlər, Göyərcik, Əliquluuşağı, Fərcan, Göyyal, Hərtiz, Zor, Bəxtiyarlı, Saray, Hal, Ballıqaya, Qəzyan, Məmər, Mollalı, Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli, Xanlıq, Xocahan, Qilican, Tinli, Xocik, Mərdanlı, Qaracallı, Qarağac, Qarakişilər, Qaralar, Hüseynuşağı, Kavdadıq, Qayalı, Abdalanlı, Ləpəxeyranlı, Mahmudlu, Mahruzlu, Muradxanlı, Muğanlı, Məlikəhmədli, Qundanlı, Alaqurşaq, Davudlu, Eyvazlı, Gürcülü, Qədili, Məzrə, Sarıyataq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Teymur Müskanlı, Xıdırlı, Ulaşlı, Altınca, Əbilcə, Yuxarı Xocamsaqlı, Aşağı Xocamsaqlı, Mehrili, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Zilanlı, Kürd Mahruzlu, Seləli, Novlu, İşıqlı, Həkəri, Cılfır, Seytas, Göyər Abbas, Xəndək.
Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.25 oktyabr 2020-ci ildə rəşadətli Azərbaycan ordusu Qubadlı şəhərini işğaldan azad etmişdir. Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə həmsərhəddir. Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, Bazar-çayın sahilində yerləşir.
Qubadlının qədim tarixi ilə bağlı problemlərin içərisndə "Qubadlı" toponiminin mənşəyi xüsusi maraq doğurur. Qubadlının işğalı ərəfəsində rayona çox yaxın yerdə Hacılı kəndi yaxınlığında bir qazıntı yerində Sasani şahı Qubadın (488–531) adından zərb edilmiş gümüş sikkə nümunələri (60-a qədər) tapılmışdır. Dəfinənin olduğu küpün hündürlüyü 10,5 sm. oturacağın diametri isə 6,5 sm-dir. Nümizmat M. Seyfəddinin verdiyi məlumata görə bu sikkələr 521–522 ci illərdə kəsilmişdir. Qubadlı adının mənşəyi tarixi mənbələrə əsasən I Qubadın adı ilə bağlı olsada yaşayış məskəni kimi lap qədim dövrlərə gedib çıxır.
Qubadlı rayonunun təbiəti olduqca gözəldir. 1969-cu ildə burada dövlət yasaqlığı yaradılmıdır. Rayonda 13.2 min hektar meşə sahəsi vardır. Palıd bu meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemişan…sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar, göyərçinlər… gözəlliyi idi. Çox təəssüflər olsun ki, halhazırda əldə olunan məlumatlara əsasən Qubadlı meşələri ermənilər tərəfındən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınır. Rayon ərazisindən iki böyük dağ çayı keçir. Həkəri-Bərgüşad. Həkəri çayı öz mənbəyini Kəlbəcərdən götürüb. Araza qovuşana kimi bir çox dağ çayları ona qovuşur. Bərgüşad çayının mənbəyi isə Ərikli dağlarından başlayır. Bərgüşad öz gücünü dağ bulaqlarından süzülüb gələn Dəli çay, Şəki çayı, Sisyan çayı, Taxtakörpü çayı, Daşlı dərə çayı, Bəxtiyarlı və Ağa çaylarından alır. Bərgüşad çayı da öz Həkəri çayı kimi Araza tökülür. Hər iki çay rayonun Qaralar kəndinin yaxınlığında birləşir. Rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Dağlıq yerlər meşə örtüyünə bürünmüşdür. Rayonun Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqları can dərmanıdır. Qubadlılar heyvandarlıqla, tütünçülüklə və taxılçılıqla məşğul olurdular. Qubadlıda hələ istifadə olunmamış böyük əqiq yatağı da var. Bundan başqa mərmər karxanası da var idi.Qubadlıda "Qubadlı yasaqlığı" deyilən dövlət yasaqlığı da var idi ki, bu ərazi Kiçik Qafqazın cənub şərqində, Qubadlı və Laçın rayonlarının ərazisində idi. Sahəsi 20 min h. idi. 1969-cu ildə cüyür, çöldonuzu, qırqovul və s. heyvanları mühafizə etmək məqsədi ilə təşkil olunmuşdur.
Rayonun ərazisi tarixi abidələrlə zəngindir. Kiçik ölçülü yerüstü daş abidələrin çox az bir hissəsi virtual müşahidələr nəticəsində rayonun tarix-diyarşünaslıq muzeyinə gətirilmişdir. Ümumiyyətlə rayonda tarix-diyarçünaslıq muzeyində 3000-dək nadir eksponat olmuşdur. Zəngəzur ərazisində ən qədim yaşayış məskəni Qubadlı rayonunun Balahəsənli kəndində aşkar edilmişdir. Xatırladaq ki, IV əsrə aid edilən "Sığınacaq" tipli bu yaşayış yeri Daranlar deyilən ərazidə yerləşir.
Qubadlıda erkən –orta əsrlər dövrünə aid Gavur dərəsində mağara –ibadədgah, Muradxanlı kəndindəki "Qalalı" qalası (V əsr), Göyqala istemkahları, Dəmirçilər kəndində iki türbə (XIV) əsr bir məscid (XIX əsr), bir "Hacıbədəl körpüsü" , yazı düzündə "Cavanşir" türbəsi (XIV əsr), Dondarlı kəndində məscid (XIX əsr) gürcülü kəndində türbə (XVII əsr), Xocamsaxlı kəndində qalacıq, Əliquluuşağı kəndində mağara-ibadətgah bulaq və kəndin yaxınlığında "Göy qala" (V əsr), "Laləzar" körpüsü (1867), Novlu kəndi yaxınlığındakı "daş adamlar", Qaracallı kəndində "Şirəxanlar". Əliquluuşağı kəndində "Oğuz" qəbristanlığı, qala boynundakı "Üç pilləli qəbristanlıq", Yazı düzündə inşa edilmiş XIV əsrə aid "Sandıq" və "Qoç" qəbr daşları və s. bu qəbildəndir.
Qubadlının Xanlıq Plovunun dadı bu təamı dadanın ağzından getməz.
ÇİNARƏ SEYRAN
VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ-ın Yeni rubrikasından.