18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
Neftçalada Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir - Fotolar
2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən Müharibəsindəki qələbəmizin bir ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala rayonunda Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Zəfər Günü” silsilə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu tədbirlərin davamı olaraq Vətən müharibəsi Qəhrəman Camal İsmayılovun adını daşıyan Neftçala şəhər Uşaq İncəsənət məktəbində Zəfər bayramı tədbiri keçirilib
Tədbirlərdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və digər məsul şəxslər iştirak edib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Şəhid ailələri, qazilər, müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.
Tədbirdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov bildirib ki, bu gün ölkə Prezidenti İlham Əliyev Ümummilli Liderin siyasi yolunu uğurla davam etdirməsinin, uzaqgörən və qətiyyətli siyasətinin nəticəsidir ki, 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub.
Qəhrəman gənclərimizin vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onların hər biri orden və medallarla təltif edilib, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” Camal Vidadi oğlu İsmayılovun xatirəsinin əbədiləşdirilməsi ilə əlaqədar olaraq Neftçala şəhər Uşaq İncəsənət məktəbinə adı verilib.
Tədbir Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət məktəbinin şagirdlərinin hazırladıqları konsert proqramı ilə davam etdirilib.