Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İşdən çıxarılan elektrikin videosu ilə bağlı “Binə” Ticarət Mərkəzindən - Açıqlama

İşdən çıxarılan elektrikin videosu ilə bağlı “Binə” Ticarət Mərkəzindən - Açıqlama
7-11-2021, 02:04 225 dəfə baxılıb

Sosial şəbəkələrdə “Binə” Ticarət Mərkəzinin yüksək gərginlik üzrə elektriki vəzifəsində işləmiş Veyisov İsmayıl Həbib oğlunun videomüraciətləri yayılıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, İ.Veyisov istehsalat xəsarəti aldığına görə işdən çıxarıldığını iddia edib.
Onun iddiasına görə, işdən çıxarılması müharibə dönəminə təsadüf edib.
İ.Veyisov bildirib ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib, ancaq vaksinasiya olunmadığı üçün məhkəməyə buraxılmayıb.
Bununla bağlı “Binə” Ticarət Mərkəzi rəhbərliyi saytımıza açıqlama verib:
“Həmin müraciətlərdə qeyd olunan məsələlərə münasibət bildirərək qeyd etmək istəyir ki, V.İsmayılovun dedikləri tam əsassızdır və həqiqətə uyğun deyil.
Belə ki, vətəndaş İsmayıl Veyisov 01.09.2012-ci il tarixdən 23.01.2020-ci il tarixədək yuxarıda qeyd olunan vəzifədə çalışıb.
İşlədiyi dövr ərzində onun səhətində müxtəlif problemlər olurdu. Lakin son zamanlar onun xəstəliyi irəliləyərək vəziyyəti daha da pisləşirdi. Bununla bağlı o, tez-tez müalicələr alırdı.
Sonradan Ə.D.Məlikov adına 6 nömrəli BŞX-nın 1032 saylı, 31.07.2019-cu il tarixli məktubuna əsasən İ.Veyisov ayrı-ayrı vaxtlarda müxtəlif tibb müəssisələrində “Arterial hipertenziya”, “Miokardın aşağı divarının transmural infarktı, sol mədəciyin çatışmazlığı, II f/s. Şəkərli diabet II tip” diaqnozu ilə əmək qabiliyyəti itirilmə vərəqəsində olmaqla stasionar müalicədə olub.
Habelə həmin arayışda xəstənin öz təkidi ilə işə yazılması və xəstənin bu vəziyyətini nəzərə alaraq yüngül işlə təmin olunması məsləhət görülüb.
Biz də öz növbəmizdə xəstəliyini nəzərə alaraq, dəfələrlə İ.Veyisovu dəvət edərək ona həmin əməkhaqqı saxlanılmaqla Ticarət Mərkəzində nəzarətçi işi təklif olunub və bu barədə onun ünvanına rəsmi bildirişlər də göndərilib.
Lakin İ.Veyisov bununla razılaşmayaraq, məhkəməyə müraciət edib və hazırda məhkəmə baxışı davam etməkdədir.
Əlavə olaraq onu da qeyd etmək istərdik ki, məhkəmə baxışının davam etməsinə baxmayaraq, İ.Veyisov Ticarət Mərkəzinə dəvət olunaraq, onunla barışıq sazişi bağlamağı və qeyd etdiyimiz işi qəbul etməyi təklif olundu və bu barədə də 04.11.2021-ci il tarixdə keçiriləcək məhkəmə baxışından əvvəl, məhkəməyə teleqramla müraciət edərək, aramızda barışığa gəlməsi məqsədilə məhkəmə baxışını təxirə salınmasını xahiş etmişdik.
Lakin İsmayıl Veyisov buna baxmayaraq, yenə də yalan məlumatlar verərək, qarayaxma kampaniyası aparır və bu da öz növbəsində sosial şəbəkələr istifadəçilərində neqativ fikirlər yaradır”.
O da qeyd olunub ki, İ.Veyisovun işdən çıxarılması tarixi müharibədən çox əvvələ təsadüf edir, onun cəbhə bölgəsində olarkən işdən çıxarılması ilə bağlı səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI