Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olundu.

Cəbrayıl Dövlətzadənin anası Milli Məclisdə işlə təmin olundu.
5-11-2021, 20:56 206 dəfə baxılıb

General-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə müvafiq əmri Milli Məclisin sədri Sahibə Qafarova imzalayıb.
Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra  "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabrda Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.
Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmiş, Vətən müharibəsi zamanı Suqovuşan və Talış istiqamətində gedən döyüşlərdə qəhrəmancasına iştirak edən qazi Abbas Yusifov da Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
Qeyd edək ki, Abbas Yusifov Vətən müharibəsinin ilk gümlərindən torpaqlarımızın azadlığı uğrunda döyüşlərə qoşulub və şücaət göstərib. O, döyüşlər zamanı düşmənin basdırdığı minaya düşərək sol ayağını itirib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI