Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu səfərlər əsl qardaşlıq və dostluq nümayişidir.

Bu səfərlər əsl qardaşlıq və dostluq nümayişidir.
28-10-2021, 23:35 298 dəfə baxılıb

Azərbaycan xalqının uğurlu siyasət yolu dünya arenasını riqqətə gətirməkdə davam edir. Erməni faşizmi üzərində  mütərəqqi, şanlı qələbəmizin artığ bir ilini bu yaxınlarda qeyd edəcəyik. O, qürur dolu anları yaşadığımız günə saylı zamanımız galıb. Və hər ötən gün Qarabağımızın bir dilbər guşəsində baş tutan uğur dolu anları seyr etməkdəyik. Bəli Qələbə çaldıq.  Bu gələbədə ən böyük dəstəyi isə böyük qardaşımız olan Türkiyəmizdən aldıq.
Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti səfəri dünyaya mesajdır. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Bu səfərlər əsl qardaşlıq və dostluq nümunəsidir. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir;
 2021-ci il 26 oktyabr tarixində Füzuli Beynəlxalq Hava Limanının birgə açılışı birliyin gücünün nümayişidir. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Füzuli Beynəlxalq Hava Limanının inşası cəmi səkkiz ay davam etdi. Səkkiz ay ərzində beynəlxalq hava limanı inşa edildi. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər. Bütün işlərdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda gedən quruculuq, bərpa işlərində də iki ölkə çiyin-çiyinə bir yerdə fəaliyyət göstərir. Qürurumuz yerə göyə sığmaz hala gəlmişdir. 30 illik həsrəti sonlandırdığı zaman xalqımıza bir daha bəlli oldu ki, bu xalqın dostu kimdir, düşməni kim.Hələ uzun əsrlər öncəyə ekskursiya etsək görərik ki, Azərbaycanın haqlı savaş yollarında hər zaman ona dəstək olan Türk qardaşlarımız olmuşdur.    Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir və hər anımızda bizimlədir. Şübhəsiz ki,  Pakistan, İzrail və digər bəzi dövlətlər də öz  mənəvi dəstəyini xalqımızdan  əsirgəməyib. Biz azad və qalib ölkə olaraq bütün mənəvi dəstəyini əsirgəmiyən qadşlarımızı  dəyərləndirməyi yaxşı bacarırıq.Müstəqil, azad, qalibiyyət dolu yolumuz uzun və rəvan olsun!
 Zəfər Azərbaycanımıza çox yaraşır. Biz Ordumuzla, Ali Baş Komandanımızla fəxr edirik.
????????????????????????????
Nəhayət Şirinova 
ADPU Quba filialının əməkdaşı.
İctimaiyyətçi.
Vətənim-Azərbaycandır.az xəbər portalının şimal zonası üzrə nümayəndəsi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI