18:14 - Murtuza Muxtarovun ev muzeyi yenidən bərpa ediləcək - 7 MİLYON MANAT AYRILDI
18:10 - SOCAR-ın prezidenti Moldovanın Baş nazirinin müavini ilə görüşüb
18:44 - İlham Əliyevdən yeni rektor TƏYİNATI
18:41 - Ərdoğan qlobal iqtisadiyyatda güclü qasırğanın olacağını açıqladı
18:30 - Prezident: Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib
18:29 - Tanınmış kino aktyoru və rejissor Ceyhun Mirzəyevin doğum günüdür
21:06 - Azərbaycan güləşçisi Avropa çempionatının bürünc medalını qazanıb
21:03 - Xanlar Vəliyev təqaüdə göndərildi
20:56 - Məmmədbağır Əliyev "Şərəf" ordeni ilə təltif edilib
20:55 - Azərbaycan Prezidenti iranlı nazirlə Araz çayı üzərində avtomobil körpüsünün inşasını müzakirə edib
20:53 - İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
23:02 - Bu şəxslər 75 yaşına qədər vəzifədə qalacaqlar - Prezident qanun imzaladı
22:59 - TARİXİ ZƏFƏRDƏ DANILMAZ ROLU.
Prezidentlər “Ağıllı kənd”də görülən işlərlə tanış oldu - Yenilənib+Video
Bu gün Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına görülən işlər barədə məlumat verib.
***
Bildirilib ki, layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq. Piyada və velosiped yolları çəkiləcək. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq.
Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək. Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.