Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Facebook Braziliya Prezidentinin vaksinlə bağlı dediklərini sildi

Facebook  Braziliya Prezidentinin vaksinlə bağlı dediklərini sildi
25-10-2021, 21:47 243 dəfə baxılıb

Facebook və İnstaqram Braziliya Prezidenti Jair Bolsanarunun koronavirus və HİV əleyhinə peyvəndlər arasındakı əlaqədən bəhs etdiyi videonu silib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə “Folha de São Paulo” qəzeti yazıb. Bildirilir ki, sosial şəbəkələrin siyasətinə uyğun olaraq COVİD-19 əleyhinə peyvəndlərin insanları öldürməsi fikirlərinin səsləndiyi keçidlərə icazə verilməyəcək. 
Qeyd edək ki, Bolsonaru ötən həftə yayımlanan verilişdə Britaniyadan koronavirusa qarşı peyvəndlərin HİV-i gücləndirməsi ilə əlaqəsi olduğunu sübut edən hesabatlar əldə etdiyini bildirmişdi. Müxtəlif təşkilatlar Bolsonarunun bu iddialarını rədd edərək HİV virusu daşıyıcılarını üçüncü doza vaksin vurdurmağa səsləyiblər.
 






ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI