Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Fəaliyyətini dayandıran partiyaların sayı açıqlandı (SİYAHI)

Fəaliyyətini dayandıran partiyaların sayı açıqlandı (SİYAHI)
1-04-2023, 15:02 185 dəfə baxılıb

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ



Mart ayı ərzində Azərbaycanda qeydiyyatda olan 6 siyasi partiya öz fəaliyyətinə xitam verib. 

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, Azərbaycan Naminə Alyans Partiyası (ANAP) martın 2-də, Azərbaycan Təkamül Partiyası (ATP) və Birlik Partiyası (BP) martın 9-da, Milli Vəhdət Partiyası (MVP) martın 13-də, Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP) matın 14-də, Azərbaycan Sosial Rifah Partiyası (ASRP) martın 24-də fəaliyyətini dayandırıb. Aprel ayında bu siyahının artacağı gözlənilir. 


Qeyd edək ki, "Siyasi partiyalar haqqında” yeni qanunun tələblərində Azərbaycanda fəaliyyət göstərən partiyarın yenidən qeydiyyatdan keçməsi tələbləri yer alıb. Məhz bu səbəbdən partiyaların hər birinə 6 ay vaxt verilib. İyul ayına kimi 5 min üzvü olmayan partiyaların fəaliyyətinə xitam veriləcək. 

Bahar Rüstəmli

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI