17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Ermənistan müharibə istəsə də, sülh müqaviləsi imzalayacaq
VETENİM-AZERBAYCANDIR.AZ
Bölgədəki vəziyyəti fasiləsiz gərginləşdirən Ermənistan yeni hərbi əməliyyatları qaçılmaz etməyə çalışır. Hakimiyyətini qorumağa can atan Nikol Paşinyan yekun sülh müqaviləsini normal şəkildə imzalamaq və bununla da ikinci dəfə "xəyanətkar" adlandırılmaq perspektivini qorxulu saydığı üçün Bakıya hədələr ünvanlayır, aqressiv ritorikaya üstünlük verir.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bəyanatlar verərək Azərbaycanla yekun sülh sazişini imzalamağa tələsmədiyini vurğulayır. Söz yığını və açıqlamalar axınının məqsədi trivial qorxunu pərdələməkdir. ABŞ, Avropa İttifaqı və Azərbaycanın sülh təşəbbüslərini faktiki olaraq cavabsız qoyan Paşinyanın davranışı ilk baxışdan paradoksal görünə bilər.
Bir tərəfdən "sülh sazişinin alternativi yoxdur, Qərb nizamlanma prosesi ilə bağlı narrativləri daha fəal dəstəkləməli, bölgədə daha aktik olmalı və Ermənistanla Azərbaycan arasında münaqişəyə son qoyulmasına öz töhfəsini verməlidir" tipli açıqlamaalrla çıxış edən, İrəvanın nizamlanma və tənzimləmə proseslərinə tam hazır olduğunu vuruğlayan Nikol Paşinyan digər tərəfdən tam fərqli mövqe nümayiş etdirir. O, Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi ərazilərdəki ermənilərin silah-sursat, amunisiya, minalar və s. ilə təminatının daha da aktivləşdirlməsinə göstəriş verir, Azərbaycanla şərti dövlət sərhədi boyunca hərbi birləşmələr toplayır.
Ermənistanın xarici siyasəti indi ikibaşlı Bizans qartalı kimidir: başlardan biri Qərbə, digəri İrana baxır və hər iki istiqamətə sadiqlik siqnalları verir.
İrəvan üçün indi kollektiv Qərb faktiki olaraq, Fransa ilə məhdudlaşıb, çünki Avropa İttifaqı Azərbaycanla danışıqların Brüssel formatının davamında maraqlıdır.
Nikol Paşinyan isə Fransa prezidenti Emmanuel Makrondan aldığı təlimatlara bütünlüklə, şərtsiz əməl edərək geosiyasi prosesləri taktiki prosedurlara çevirmək və Parisin bölgədə möhkəmlənməsinə şərait yarada biləcək nüansların reallaşdırılmasına çalışır.
Makronun ölkə daxilində pensiya islahatları ilə bağlı üzləşdiyi kütləvi etiraz aksiyaları tükənmir. Tam əksinə, etirazların miqyası ilə intensivliyi daha da artıb, aksiya iştirakçıları "Molotov kokteyl"lərinə keçiblər, dövlət və inzibati binalara hücumlar edirlər.
Xarici siyasətdə Fransanın üzləşdiyi uğursuzluqlar və məğlubiyyətlər seriyası davam edir. Belə vəziyətdə Makron üçün diplomatik müstəvidə kiçik də olsa, irəliləyiş və ya uğur görüntüsü mütləq şərtə çevrildiyindən Paris son ümidlərdən biri qismində Cənubi Qafqazı, daha konkret olsaq, Azərbaycanla Ermənistan arasındakı qarşıdurmanı görür.
Paris birmənalı olaraq Ermənistanı və erməniləri dəstəkləyir, bütün aspektlər və sahələr üzrə İrəvanın maraqlarının təminatına çalışdığını bəyan edir.
Əslində isə Fransanın siyasi elitalarını nə ermənilər, nə də Ermənistan maraqlandırmır: onların yeganə məqsədi öz mənafelərin təmin etmək, Cənubi Qafqaz bölgəsində uzunmüddətli strateji üstünlüyə nail olmaqdır.
İlk baxışdan paradoksal təsir bağışlayan vəziyyətin səbəbi də budur: Ermənistana görə Fransa bütün başqa sahələrdə kəskin antipatiya bəslədiyi İranla situativ tərəfdaşlıq etməkdədir.
İran İslam Respublikasını idarə edən klerikal hakimiyyətsə yaşanan prosesdən maksimum faydalanmaq niyyətini gizlətmir və məhz Ermənistan vasitəsilə kollektiv Qərblə pozularaq düşmənçilik həddinə çatmış münasibətlərində kiçik də olsa, dəyişikliklər etmək istəyir.
İrandakı teokratik hakimiyyət üçün Qərb ölkələrindəki, xüsusilə də ABŞ və Fransadakı erməni icmalarının rəğbətini qazanmaq, sonra da erməni diaspor təşkilatlarının lobbinq imkanlarından faydalanaraq Tehrana qarşı tətbiq edilən sanksiyaların sayını azaldıb şiddətini aşağı salmaq önəmli məqamlardan biridir.
Molla rejiminin Azərbaycana qarşı informasiya-propaqanda savaşını aktivləşdirməsi, ölkəmizin cənub sərhədləri boyunca yeni hərbi təlimlərə hazırlıq görməsi, rəsmi Bakını "sionizmə satılmaqda" suçlaması və bütün bunlarla yanaşı Ermənistana siyasi-strateji hamiliyi aktiv inkişaf etdirməsi təsadüfi proseslər deyil.
Tehranın hazırda əsas məqsədi Azərbaycanla Ermənistan arasında gərginliyi imkanları çərçivəsində artırmaq, sülh sazişinin imzalanmasına imkan verməmək, bölgədə aktor, moderator və vasitəçi rolunu Qərb və Rusiyanın "inhisar"ından çıxararaq kiçik də olsa, rıçaqlara yiyələnməkdir.
İran Azərbaycanla siyasi qarşıdurmada olduğunu göstərərək mücərrəd "qırmızı cizgilər" barədə artıq klişeyə çevrilmiş bəyanatlarını sıralayır, Zəngəzur dəhlizi layihəsinin baş tutması üçün əlindən gələni edəcəyini deyir və Bakıya qarşı ultimativ davranış sərgiləyir.
Tehran anlayır ki, Ermənistanın baş naziri Nikol Paşinyan nifrət etdiyi sələfləri, sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın taktikalarından tam yararlanmaq fikrindədir.
Xatırladaq ki, Azərbaycanla sülh müqaviləsi layihəsinin müzakirələri aktiv mərhələyə çatanda Robert Köçəryan Erimənistanda dövlət başçısı Levon Ter-Petrosyanı devirmişdi. 2014-cü ildə Parisdəki danışıqlarda ciddi irəliələyişin əldə edilməsinə çox az qalanda isə Serj Sarqsyan həmin dönəmdə işğal altında olan ərazilərimizdə 51,2 min nəfər erməni hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlər keçirmiş, hətta 2 hərbi helikopteri də təmas xəttinə yollamışdı.
"Vur, komandir, vur!" ifadəsi ilə yadda qalmış anları unutmamışıq: o təlimlərdəki helikopterlərdən birini hərbçilərimiz vurub salmışdılar.
Sadaladığımız məqamların toplusu kollektiv Qərbi və xüsusilə də ABŞ-ı daha fəal olmağa şərtləndirən məsələlərdir. ABŞ Ermənistan rəhbərliyinə maksimum təzyiq və təsir göstərərək Nikol Paşinyanla komandasını marazmatik ritorikadan çəkinməyə, İrəvanı hərbi və siyasi avantürizm taktikasına son qoymağa vadar etməlidir.
Çünki yaxın vaxtlarda Azərbaycan və Ermənistanın XİN başçıları Ceyhun Bayramovla Ararat Mirzoyanın Vaşinqtonda yeni görüşü gözlənilir.
Həmin görüşdə yekun sülh sazişinin son layihəsinin razılaşdırılması və qəbulu istisna deyil.
Azərbaycan hərbi əməliyyatların yenidən intensivləşməsini yox, sülhün bərqərar olmasını istəyir və bu istiqamətdə konkret addımlar atır.
Nəzərə alsaq ki, Avropa İttifaqı münaqişəni tam nizamlamaq üçün danışıqların Brüssel formatını bərpa etməyə hazırlaşır, Şarl Mişelinsə yeni təklifləri var - Ermənistanın sərt ritorikası mütləq dayandırılmalıdır.
Yeni müharibə olmayacaq.
Gərginləşmə ifrata vararsa, Azəraycan öz ərazilərində lokal və çox qısamüddətli antiterror əməliyyatı keçirəcək.
Nə etməli - sülh bəzən silahla əldə olunur...
VETENİM-AZERBAYCANDIR.AZ