19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
“İnnovasiya və Təchizat Mərkəzi” əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verildi - FƏRMAN
VETENİM-AZERBAYCANDIR.AZ
Prezident İlham Əliyev Səhiyyə Sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Fərmanın məqsədi səhiyyə sahəsində təchizat və təminatla bağlı fəaliyyətin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlərin davam etdirilməsidir.
VETENİM-AZERBAYCANDIR.AZ AZƏRTAC-a istinadən bildirir ki, Fərmana əsasən, Səhiyyə Nazirliyinin tabeliyində olan "İnnovasiya və Təchizat Mərkəzi" (bundan sonra - Mərkəz) əmlakı ilə birlikdə TƏBİB-in tabeliyinə verilib. Səhiyyə Nazirliyinə öz tabeliyində "Səhiyyənin Təminat Mərkəzi" (bundan sonra - Qurum) publik hüquqi şəxsi yaratmaq və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.
"İnnovasiya və Təchizat Mərkəzi"nin təsisçisinin səlahiyyətlərini TƏBİB həyata keçirir. Mərkəzin saxlanılması və fəaliyyətinin təmin edilməsi onun fəaliyyətindən əldə edilən gəlirlər, icbari tibbi sığorta sistemindən daxil olan vəsait, ianələr, qrantlar və qanunla qadağan edilməyən digər mənbələrdən daxil olan vəsait hesabına icra olunur.
"Səhiyyənin Təminat Mərkəzi"nin təsisçisinin səlahiyyətlərini isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. Qurumun saxlanılması xərcləri 2023-cü il və növbəti illərin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üçün nəzərdə tutulmuş vəsait çərçivəsində həyata keçirilir.