22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Fransız "realpolitik"i: ermənilərə rəğbət Aİ-yə baha başa gələ bilər
VETENİM-AZERBAYCANDIR.AZ
Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda siyasi reallıqlar dəyişdi.
VETENİM-AZERBAYCANDIR.AZ Trend-ə istinadən xəbər verir ki, bunlar Qərbin, xüsusən Fransanın diqqətindən yayınmadı. Müharibə bitdikdən sonra Azərbaycanla Fransa arasında münasibətləri çətin ki stabil adlandırmaq olardı, lakin fövqəlciddi bir şey də baş vermədi.
Artıq iki ildir ki, Fransa rəsmiləri ermənilərə dəstək nümayiş etdirirlər və təəssüf ki, bu tendensiya bugünədək davam edir. Fransanın sabiq baş naziri Eduar Filippin (hazırda Qavr meridir) Ermənistana səfəri buna növbəti misaldır.
Görüş sürprizsiz keçib, Filipp həmişəki anti-Azərbaycan tiradasına başlayaraq bir çox cürətli, lakin tutarsız açıqlamalar verib. Səfər özlüyündə böyük hadisə olmasa da nümayiş olunan tendensiyalar mühüm idi və uzaqməqsədli nəticələrə malik ola bilər.
Başqalarının hesabına öz mənfəətini artırmaq Fransa xarici siyasətinin dəyişməz mövzusudur ki, bunu daha öncə də nəzərdən keçirmişik. Bu cür strategiyanın dağıdıcı təsiri Avropa İttifaqının (Aİ) uzunmüddətli siyasətində ən azı iki əsas istiqamətdə özünü göstərir.
Birinci istiqamət: Aİ-nin Ermənistanla Azərbaycan arasında vasitəçilik səyləri
Təəccüblü deyil ki, rəsmi Bakı üçün Azərbaycan-Ermənistan münasibətlərində Fransanın mövqeyini qəbul etmək çətindir. Fransa bundan əvvəl bir neçə addım atıb, o cümlədən açıq-aşkar Azərbaycanın əleyhinə olan qətnaməni qəbul etdirməyə çalışıb ki, bu qətnamə də nəticədə uğursuzluğa düçar oldu. Fransanın açıq-aşkar antaqonist münasibəti onun vasitəçilərdən biri qismində iştirakı perspektivinə rəsmi Bakının ümidsiz yanaşması və 2022-ci ilin dekabrında Fransanın vasitəçiliyi ilə danışıqlarda iştirakdan imtinası ilə nəticələndi.
İndi isə sonuncu Münxen təhlükəsizlik konfransına nəzər salaq. Konfransda Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Brüssel sülh danışıqlarının formatına sadiq olduğunu təsdiqlədi. Bu, Brüssel danışıqlar formatının davam edəcəyinə və güman ki, prosesin daha rəvan şəkildə keçəcəyinə ümid doğurdu. Bundan bir neçə gün sonra Eduard Filip Ermənistana səfər etdi.
İkinci istiqamət: Aİ-nin enerji təhlükəsizliyi təhdid altındadır
2022-ci ilin ortalarında Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası Fransanı təmsil edən 61 siyasətçi ilə birlikdə Azərbaycanla qaz danışıqlarının dayandırılması ilə bağlı Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə müraciət ediblər. Onlar bunun üçün bəhanə olaraq Azərbaycanla sövdələşmənin Aİ-ni zəiflədəcəyini bildiriblər. Etibarlı qaz ixracatçılarının məhdud sayda olduğunu, geosiyasi problemləri və həmin vaxt Avropadakı aşağı qaz ehtiyatlarını nəzərə aldıqda bu cür bəyanatların əsaslılığı olduqca şübhə doğurur.
Daha mühüm bir məqam isə nüvə enerjisinin üstünlüyü səbəbindən Fransanın digər Avropa ölkələri ilə müqayisədə qazdan asılılığının daha az olmasından ibarətdir. Fransa öz ehtiyacının təqribən 70 faizini Mesmer planı kimi tanınan və nüvə enerjisinin inkişafına və Fransanın enerji müstəqilliyinin təmin olunmasına yönəlmiş nüvə enerjisi hesabına qarşılayır. Azərbaycanla Aİ arasındakı qaz sövdələşməsi onların ölkəsinə təsir etməyəcəyindən, bir sıra fransız siyasətçilər üzv dövlətlərin maraqlarından çıxış edən Avropa Komissiyası sədrinin fikrinə təsir göstərməyə çalışıblar.
Fransa və Aİ maraqlarının toqquşması: yekun mülahizələr
Fransa Aİ-nin mühüm hissəsi olaraq qalır və bu çətin ki, dəyişər, bu səbəbdən rəsmi Paris ittifaqın siyasətinə təsir göstərəcək. Lakin burada müəyyən maraqların toqquşması var. Fransanın realpoltiki (almanca Realpolitik - Bismark tərəfindən təqdim edilmiş, ideoloji və əxlaqi deyil, praktiki mülahizələrdən irəli gələn dövlət siyasəti) Aİ maraqları üçün təhlükə yaradır. Brüssel sülh danışıqları kontekstində müxtəlif səviyyələrdən olan fransız siyasətçilərinin, o cümlədən Fransa prezidentinin tərəflərdən birini açıq-aşkar dəstəkləməsi Aİ üçün mühüm çağırış təşkil edir.
Birincisi, əsas təsir metodlarının irəli sürdüyü dəyərlər olduğu Avropa İttifaqına vasitəçi kimi etibar zəifləyir. Brüsselin vasitəçilik metodları olduqca məhduddur, o hərbi yollarla sülhü təmin edə, tutarlı hüquqi əsas olmadan ölkəyə qarşı sanskiya tətbiq edə və beynəlxalq hüququ açıq-aşkar görməzdən gələ bilməz. Fransız siyasətçiləri Brüsseldə qərar qəbul edən şəxslərin düşüncələrinə təsir göstərməyə çalışanda Aİ-ni yeganə mümkün vasitəçilik metodundan məhrum edirlər.
İkinci çağırış Fransanın Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarına münasibətindən və Ermənistana kömək etməklə bağlı qarşısıalınmaz "istəyindən" ibarətdir. Son olaraq, əgər Fransa doğurdan da Ermənistanın tərəqqisini istəsə idi, onun Azərbaycanla qarşılıqlı münasibətləri üçün lazımi şəraiti yaradaraq xalqlar arasında sülhü möhkəmlədərdi. Lakin Fransanın öz məqsədləri var və onlara Aİ-nin hesabına nail olmağa çalışır və bu vəziyyətdə Aİ üçün vasitəçi kimi çıxış etmək son dərəcə qəliz olacaq.
Enerji sahəsində fərqli prioritetlər bir sıra fransız siyasətçilərini Azərbaycanla Aİ arasındakı danışıqları ölkələri üçün minimal risklə öz təsirlərini genişləndirmək imkanı kimi yenidən gözdən keçirməyə vadar edir.
Fransa siyasətçilərinin Ermənistanı dəstəkləməsi Aİ üçün problemdir. Fransa və Aİ-nin maraqlarındakı fərq çox böyük olmaqla Azərbaycanla münasibətlər kontekstində açıq-aydın gözə çarpır. Beləliklə, Aİ-də qərar qəbul edən şəxslər dərk etməlidirlər ki, istənilən siyasi yanaşma təklikdə bir ölkənin istəklərini deyil, bütünlükdə İttifaqın maraqlarını nəzərə almalıdır.
VETENİM-AZERBAYCANDIR.AZ