Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Kamran Əliyev Litvaya səfər edib - Fotolar

Kamran Əliyev Litvaya səfər edib - Fotolar
21-02-2023, 12:14 209 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Litvanın Baş prokuroru Nida Qrunskiene və Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkusun dəvəti ilə Vilnüsa işgüzar səfər edib.
VETENİM-AZERBAYCANDIR.AZ Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyəti ilk olaraq Azərbaycanın Vilnüsdəki səfirliyinə gedib. Baş prokuror həmçinin Türkiyənin Vilnüsdəki səfirliyini ziyarət edərək səfir Barış Tantekinlə görüşüb, qardaş ölkədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verərək matəm kitabına ürək sözlərini yazıb.
Daha sonra Kamran Əliyev Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene ilə görüşüb. Görüşdə hüquqi sahədə ikitərəfli əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, Beynəlxalq Prokurorlar Assosiasiyası, Avrocast və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. 
Səfər çərçivəsində Xüsusi İstintaq Xidmətində ikitərəfli görüş keçirilib. Nümayəndə heyətini salamlayan qurumun rəhbəri Jidrunas Bartkus ölkələr arasında bütün sahələrdə olduğu kimi hüquqi əməkdaşlığın da uğurla inkişaf etdiyini qeyd edib.
Baş prokuror Kamran Əliyev qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlığını ifadə edərək, aktivlərin bərpası sahəsində həyata keçirilən və ötən ilin fevral ayından etibarən “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Avropa İttifaqının Tvinninq layihəsinin tərəfdaş ölkə olan Litva ilə uğurla davam etdiyini bildirib.
Baş prokuror ölkəmizdə bu sahədə aparılan qanunvericilik və institusional islahatların davam etdiyini vurğulayaraq, cinayət yolu ilə əldə olunmuş əmlakın müəyyən edilərək izlənilməsi, üzərinə həbs qoyulması, müsadirəsi və sonrakı idarəolunması prosesində beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edib. Bu baxımdan, Azərbaycan Prokurorluğunun benefisiarı olduğu Tvinninq layihəsinin mühüm əhəmiyyət daşıdığı bildirilib.  Görüşdə layihənin gedişatı və əldə olunmuş nətəcələr barədə ətraflı məlumat verilib.
Litvanın Xüsusi İstintaq Xidməti ilə uzunmüddətli səmərəli əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi roluna görə Azərbaycanın Baş prokuroru “Əməkdaşlığa görə" medalı ilə təltif olunub.
Daha sonra nümayəndə heyəti Litvanın Xüsusi İstintaq Xidmətinin yaradılmasının 25 illik yubiley tədbirində iştirak edib. 
Görüşlərdə Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev iştirak edib.





VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI