Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Tehran Bakıdakı səfirliyində bayram tədbirini ləğv etmək məcburiyyətində qaldı

Tehran Bakıdakı səfirliyində bayram tədbirini ləğv etmək məcburiyyətində qaldı
10-02-2023, 10:08 141 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Tehran Respublikasının Bakıdakı səfirliyi ölkənin Milli Bayramı ilə bağlı rəsmi tədbiri ləğv etmək məcburiyyətində qalıb.
Belə ki, "ağayi"lər İranın Azərbaycandakı səfirliyi İslam inqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə fevralın 11-də, yəni "ağayi"lərin təqvimi ilə bəhmən ayının 22-də Bakıda rəsmi tədbir keçirməyi planlaşdırmışdı. 
Hətta bununla bağlı rəsmi qurumlara dəvətnamələr də göndərilmişdi.
Qurumların rəhbərləri də o dəvətnamələri bir kənara atmışdı.
Bu gün isə səfirlik tədbiri ləğv etmək məcburiyyətində qalıb.
Səbəb bəlli.
Tehrandakı səfirliyimizdə törədilən terror aktından sonra Azərbaycanla İran arasındakı münasibətlərin məhz "ağayi"lərin idiotik bəyanatları və marazmatik davranışı nəticəsində gərginləşməsindən sonra Tehran Respublikasının hakimiyyəti, habelə Bakıdakı səfirliyi dərk edib ki, tədbir keçirsə, o tədbiri kimsə almayacaq... vecinə.
İran səfirliyindəkilər də rüsvay olmamaq üçün tədbiri və rəsmi hissədən sonra bədii hissəni, yəni mərasimi ləğv etməyə qərar veriblər.



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI