Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

144 milyon manatlıq yeyinti aşkarlanan nazirlikdə yenidən YOXLAMA KEÇİRİLİR

144 milyon manatlıq yeyinti aşkarlanan nazirlikdə yenidən YOXLAMA KEÇİRİLİR
4-02-2023, 13:36 149 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində yoxlamalar başlayıb.

 VETENİM-AZERBAYCANDIR.AZ  apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən yenidən yoxlamalar keçirilir.

Nazirlikdə ötən il dekabr ayının 14-də başlayan yoxlamalara bir müddət öncə ara verilmişdi.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən yoxlamaların keçirildiyini təsdiq ediblər.

Qeyd edək ki, Naxçıvan MR maliyyə naziri Rəfail Əliyev ötən il noyabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

O, Bakıya gətirilib, Səbail Rayon Məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI