22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Rumıniya Azərbaycan əlaqələri
VETENİM-AZERBAYCANDIR.AZ
Rumıniya Azərbaycan əlaqələri dostluğ, əməkdaşlıq çərçivəsində illərdir davam edir. 11 dekabr 1991-ci ildə Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ölkələr sırasına daxil oldu. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin iyun ayının 19-da qurulmağa başladı.
Lap dəqiq desək 3 noyabr 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi fəaliyyətə başladı. 19 may 2001-ci ildə isə Azərbaycanın Rumıniyada səfirliyi açıldı. Və elə həmən vaxtdan da
Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Elə məhs son günlərin ən gündəmdə olan hadisəsi kimi 2 fevral tarixində Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfərini qeyd edə bilərik.
2 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rumıniya Prezidenti cənab Klaus Yohannis mətbuata bəyanatlarla çıxış etdilər.
Dövlətimizin başçısının çıxışından bəzi nüansları xatırlayaq:- “Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bu gün müzakirə olunan və həll etdiyimiz məsələlər doğrudan da strateji əhəmiyyət daşıyır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir. Eyni zamanda, ticari-iqtisadi sahələrdə də nəticələr var. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək. Komissiya keçən il Bakıda görüşüb, bu il isə Buxarestdə görüşəcək. Beləliklə, ticari-iqtisadi sahədə də yaxşı nəticələr ola bilər deyə qeyd edən Prezidentimiz əslində bütün bunları vurğulamağa iki ölkə arasında olan diplomatik əlaqələrin necə sıx və məhsuldar olduğunu bir daha bəyan etmiş oldu.
Bu əlaqələrin artan sıralanması və dinamikası göz önündədir. Rumıniya dövlət başçısı da qeyd edir ki elə uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu vardır.
Digər istiqamətlərdən biri də yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir.
Əməkdaşlığın prioritet əməkdaşlıq istiqamətlərindən biri nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar vardır və inkişaf edir
Və ümid edirik ki bu əlaqələr bundan sonra da hər tərəfli inkişaf edəcək və öz müsbət töhfələrini verəcəkdir.
Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
VETENİM-AZERBAYCANDIR.AZ