Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan beynəlxalq aləmdə çox böyük uğurlara imza atır.

Azərbaycan beynəlxalq aləmdə çox böyük uğurlara imza atır.
29-01-2023, 01:39 246 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Ölkə başçısı cənab İlham Əliyev 2007-ci ildən başlayaraq 15-c ildir ki, dünyanın iqtisadi gündəliyini müəyyən edən Davos İqtisadi Forumunda iştirak edir. Davos Dünya İqtisadi Forumu 1974-cü ildən bəri keçirilir və 2021-ci ildə onlayn, 2022-ci ildə isə vaxtı dəyişdirilərək may ayında təşkil olunub. Bu forum hər il yüksək səviyyədə keçirilən tədbirdir. Davos İqtisadi Forumuna maraq həmişə böyük olub. Forumun 53-cü iclası da ölkəmiz üçün əhəmiyyətli oldu. Bu forumun əsas özəlliyi dövlət və özəl sektorun dünya qarşısında duran iqtisadi mövzuları birgə müzakirə etməsidir. Bu ilki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edib Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, keçirdiyi görüşlər və irəli sürdüyü beynəlxalq təşəbbüslər yüksək səviyyədə dəstəklənir və qlobal problemlərin həllində birmənalı şəkildə nəzərə alınır. Azərbaycan dövlət olaraq hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır. Şübhə yoxdur ki, həmin nailiyyətlərin memarı kimi Prezident İlham Əliyevlə müzakirələr aparmağa və əməkdaşlıq etməyə meyl də durmadan güclənir. 
Dövlətimizin başçısı Forum çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı zamanı bir çox mühüm məsələlərə toxunmuşdur.
Orta Dəhlizin üstünlüklərindən bəhs edərkən cənab Prezident qeyd etmişdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik Azərbaycan ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışdır.
Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanı 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur.
Qlobal miqyasda ən mehriban mühitlərdən biri kimi Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrin əhəmiyyəti qeyd olunmuşdur. Bildirilmişdir ki, üçtərəfli əməkdaşlığın bir neçə formatı var - xarici işlər nazirləri, müdafiə nazirləri və iqtisadiyyat nazirləri arasında. Dövlət başçılarının zirvə görüşləri baş tutub.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunun getdikcə artdığını bildirən cənab Prezident qeyd etmişdir ki, bu istiqamətdə işlər daha sürətlə davam etdiriləcək. 2021-ci ildə Avropa bazarına təbii qaz ixracı təqribən 8 milyard kubmetrdən çox idi. Bu il ixrac ən azı 11,6 milyard kubmetr olacaq. Artım çox sürətlidir. Ümumi həcm isə 24 milyard kubmetrdir. Ötən yay Avropa Komissiyası və Azərbaycan arasında imzalanmış anlaşma memorandumunda Azərbaycanın 2027-ci ilə qədər təchizatı iki dəfə artıracağı nəzərdə tutulur.
Göründüyü kimi, ölkə başçımızın xalqın mənafeyini qoruyaraq atdığı bütün addımların nəticəsi olaraq bu gün biz ən nüfuzlu iqtisadiyyat formunun hesabatlarında yüksək nəticələr əldə edirik. Hər bir ölkə üçün əsas amil iqtisadiyyatın inkişafıdır.İqtisadiyyat inkişaf etməsə həmin ölkədə heç bir perspektivdən söhbət gedə bilməz. Bunun nəticəsi olaraq Azərbaycan bir daha hər kəsə sübut etdi ki, o güclü iqtisadiyyata, güclü siyasi strategiya yeridən liderə sahib olduğu müddətcə daim zirvələrə doğru gedəcək. Azərbaycan xalqı əmindir ki, bundan sonra da ölkəmiz nüfuzlu Beynəlxalq forumlarda, təşkilatların keçirdiyi hesabatlarda ən yüksək yerlərə layiq görüləcək
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri




VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI