22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Müasir Azərbaycan modeli ümummilli maraqlar kontekstində
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir".
Qərbi Azərbaycan həqiqətlərini beynəlxalq müstəviyə çıxarmaq, erməni yalanlarını, erməni saxtakarlıqlarını sona qədər ifşa etmək bu gün təkcə tarix boyu Qərbi Azərbaycan yanğısını qəlbində yaşadan insanın deyil, hər bir azərbaycanlının artıq bir vəzifə borcu olmalıdır.
44 günlük Zəfər tarixi yaşayan “Hər birimiz qarabağlıyıq” şüarı ilə dünyaya ”Biz birlikdə güclüyük” vəhdətini nümayiş etdirən xalq yalnız belə bir mövqe nümayiş etdirə bilər. Coğrafi xəritəni erməni kimi mənfur bir qonşu ilə paylaşmaq qisməti yaşayan xalqımız bu gün məhz Qərbi Azərbaycan məsələsini ümummilli məsələ kimi təhlil etmək zərurətindədir. Halbuki bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır. Bu ərazidə tək İrəvan xanlığının yox, Qərbi Zəngəzurun timsalında Qarabağ xanlığının, Dərələyəz mahalının timsalında Naxçıvan xanlığının, Dilican dərəsi və Şəmşəddil sultanlığının timsalında Gəncə xanlığının, Borçalının dağlıq hissəsi yerləşir. Və Qərbi Azərbaycan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Lakin əfsuslar olsun ki, son illər bu ərazidə məhz bizə məxsus bu zəngin xəzinənin - abidələrin, vandalizm aktına məruz qalmasının şahidi oluruq.
Dövlət başçımızın qeyd etdiyi kimi: “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.
Bütün bunlar onu deməyə əsas verir ki, bizim hər birimiz çağdaş Azərbaycanın inkişafı və dayanıqlılığı yönündə görüləcək işlərdə böyük məsuliyyətlə iştirak etməliyik.
Öncəliklə qarşımızda duran ən mühüm məsələlər - milli-mənəvi dəyərlərimizə, qədim tarixi irsimizə aid materialları toplayıb ortaya qoymaq, bu materialların beynəlxalq ictimaiyyətin və təşkilatınların diqqətinə çatdırılması məsələsində yaxından iştirak etmək, beynəlxalq hüquq müstəvisində layiqli qiymətini ala bilməkdir. O cümlədən, Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşması üzrə müvafiq tədbirlər həyata keçirmək də vacib məsələlərdəndir. Tarixi-etnoqrafiq çaplı çoxsaylı kitabların çapı, elektron versiyada reallaşması, bədii-sənədli filmlərin hazırlanıb beynəlxalq Kütləvi İnformasiya Vasitələri ilə yayımlanması, Avropa və Yaxın Şərq, MDB, ölkələrinin elmi və yaradıcı ziyalılarının Qərbi Azərbaycan reallıqları haqqında məlumatlandırmaq və onların münasibətini təmin etmək bu yöndə görüləcək ən ümdə məsələlərdəndir.
Bu işlərin, tədbirlərin silsilə şəklində həyata keçirilməsi nəsildən-nəslə keçən miras olaraq ümüumxalq missiyası olmalıdır.
Bu gün əslən Qərbi Azərbaycandan olan gənc soydaşlarımız var. Biz inanırıq ki, çox yaxın gələcəkdə onlar öz ata-babalarının dilindən duyduqları o şirin xatirələrin bir gün reallaşmasını, onların dədə-baba ocaqlarının istisinə qızınmasını gələcəyin ən işıqlı günləri kimi yaşayacaqlar.
Tele-jurnalist Fəxriyyə Lilpar İsayeva
VETENİM-AZERBAYCANDIR.AZ