22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Fransız jurnalist ermənilərin tərəfini tutan siyasətçilərdən yazdı
VETENİM-AZERBAYCANDIR.AZ
Fransanın "musulmansenfrance.fr" xəbər portalında Trend İnformasiya Agentliyinin Fransada təsis etdiyi "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Brən tərəfindən Fransada açıq şəkildə ermənilərin tərəfini tutan, Azərbaycana qarşı aramsız qətnamələr qəbul edən, qərəzli məqalə və reportajlar hazırlayan siyasətçilər və media orqanları haqqında məqalə dərc olunub.
Məqaləd qeyd olunub ki, əsrlər boyu ermənilərlə onların qonşuları arasında münasibətlər regiona ağalıq uğrunda mübarizə aparan güclü imperiyalar tərəfindən alovlandırılan, aramsız qarşıdurmalar ilə yadda qalıb. Sovet İttifaqı dövründə bu, tez-tez mərkəzi hakimiyyət tərəfindən təşviq edilən qırğınlar şəklində olurdu. Bunun ardınca 1993-cü ildə İrəvan ordusunun Azərbaycanı işğalı, Qarabağın 30 illik işğalı və 2020-ci ildə Azərbaycanın ərazisinin böyük hissəsini azad etdiyi qısamüddətli müharibə baş verdi.
"Bu məğlubiyyətdən sonra ermənilər, xüsusən də Fransa diasporasında olanlar meydandakı müharibəni mediaya gətirməyə çalışaraq, ictimaiyyəti onları təcavüzkar olaraq deyil, qurban kimi tanımağa inandırmağa çalışdılar.
Reallığı nəzərə alsaq, Qafqazdakı problemlər Fransa ictimaiyyətinin heç vecinə də deyil.
Fransada açıq şəkildə ermənilərin tərəfini tutan, Azərbaycana qarşı aramsız qətnamələr qəbul edən, qərəzli məqalə və reportajlar hazırlayan, heç bir azərbaycanlının dəvət olunmadığı dəyirmi masalar təşkil edən siyasətçilər və media orqanlarından başqa heç kəs bunda maraqlı deyil. Bir neçə gün bundan öncə Fransa prezidenti Emmanuel Makron Fransada iki əsas erməni millətçi liderini Yelisey sarayında qəbul etdi, amma qəbul zamanı onlar arasında heç bir azərbaycanlı yox idi. Prezident Makronla Azərbaycanın Fransadakı yeni səfiri arasında yeganə görüş sonuncunun etimadnaməsini təqdim edərkən baş tutub", -deyə müəllif bildirib.
Fransız jurnalistin fikrincə, Ermənistan tərəfdarlarının irəli sürdüyü əsas arqument Mişel Onfrayın dediyi kimi "sivilizasiyaların toqquşması"dır.
"Üstəlik, Figaro jurnalının baş redaktorunun müavini Jan-Kristof Büissonun dediklərinə görə, 'yerində kilsələr məscidlərlə əvəz olunur'. O ki qaldı Erik Zemmura, sonra Valeri Pekres, Brüno Retayo və Valeri Buayeyə, onların Ermənistana səfəri, onlara görə, "Avropada İslam-Türkiyə təhlükəsi qarşısında Şərq xristianlarının müdafiəsi"nin simvoludur. .
Qərb təfəkkürünün bir hissəsinin, bu halda maarifçilik fəlsəfəsinin sələfi kimi XII əsr azərbaycan filosofu Nizami Gəncəvinin olmasının, Azərbaycanın 48 müxtəlif etnik və ya mədəniyyəti, o cümlədən Şərq xristianlarının böyük azlığını mükəmməl harmoniya içində birləşdirən dünyəvi multikultural ölkə olmasının, azərbaycanlıların heç bir kilsəni məscidə çevirmədiklərinin, ermənilərin isə işğalları zamanı Qarabağda 66 məscidi, o cümlədən Rus Pravoslav Kilsəsini dağıtdıqlarının isə bu yuxarıda adı sadalanan fransızlar üçün deyəsən heç bir əhəmiyyəti yoxdur.
Reallıq budur ki, bu münaqişə bizi ona görə maraqlandırır ki, o siyasi təhlükəli sağçı sinif tərəfindən artıq bir alətə çevrilib.