22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
“ Siyasi partiyalar haqqında qanun ”-Ölkəmizdə yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsində mühüm əhəmiyyətə malik olacaq.
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2023-cü il tarixində imzaladığı müvafiq Fərmanla qüvvəyə minmiş “Siyasi partiyalar haqqında” qanun, ölkəmizdə siyasi mühitdə və qanunvericilik sahəsində həyata keçirilən islahatlara bariz nümunədir. Qəbul edilmiş yeni qanun layihəsi müasir dövrün tələbləri ilə yanaşı bütünlükdə dünya standartlarına da tam cavab verir. Yeni Qanun əvvəlkindən fərqli məqamları özündə ehtiva edir. Belə ki, hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, həmçinin qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri də dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilməsidir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. Siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi fikirlərin sənəddə öz əksini tapması da bir daha təsdiq edir ki, yeni layihə siyasi mühitdə islahatların davam etdirilməsinə təkan verəcək. Bu qanun layihəsinin Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olması, o cümlədən birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə imkan yaradır. Digər tərəfdən, qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflər nəzərə alınıb, beynəlxalq təcrübəyə istinad edilib ki, bu da layihənin əhəmiyyətini göstərən əsas faktorlardan hesab olunur. Ümummilli məsələlərdə əksər siyasi partiyaların vahid mövqe nümayiş etdirməsi də məhz bu əməkdaşlığın nəticəsidir. Siyasi arenada islahatların davam etdirilməsi ilə bağlı ölkədəki güclü siyasi iradə mövqeyindən asılı olmayaraq bütün dövlətçi partiyalar üçün yeni imkanlar yaradır. Bu qanunun qəbul edilməsi həmin imkanları daha da gücləndirəcək. Ümumilikdə, “Siyasi partiyalar haqqında qanun” layihəsi ölkəmizdə siyasi mühitinin inkşafına böyük təkan verməklə yanaşı, yeni cəmiyyət quruculuğ prosesinin sürətləndirilməsində mühüm əhəmiyyətə malik olacaq.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
VETENİM-AZERBAYCANDIR.AZ