Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır - ŞƏRH

Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır - ŞƏRH
16-01-2023, 20:42 151 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycanda həyata keçirilən sosial islahatlar davamlı xarakter daşıyır. Prezident İlham Əliyev yanvarın 13-də yeni sosial islahat çərçivəsində sosial müavinətlər, təqaüdlər, maaşların artımı ilə bağlı bir sıra sərəncam və fərmanlar imzaladı. Bu artımlar 800 mindən çox insanı əhatə edəcək.

Bununla bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib ki, sosial-iqtisadi siyasətin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayanması son 5 ildə vətəndaş rifahının təminatı istiqamətində 4-cü sosial islahat paketinin təsdiqlənməsiylə öz təsdiqini tapır.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilən sosial islahatlar hər zaman vətəndaşların rifahının qorunmasına, onların yaşayış səviyyəsinin yüksəlməsinə hədəflənib. Elə dövlət başçısının imzaladığı son sərəncam da əhalinin böyük bir qisminin sosial ödənişlərin artırılması istiqamətindəki islahatların uğurlu davamını təmin edir. Nəzərə alsaq ki, bütün bu addımlar pandemiyadan və müharibədən sonra, dünya iqtisadiyyatının tənəzzül yaşadığı bir vaxtda atılır, bu onu deməyə əsas verir ki, Azərbaycanda sosial paketin artımı daim dövlətin diqqət mərkəzindədir.

Bununla da 2019-cu ildən bu günə kimi dörd sosial islahatlar paketi qəbul olunur. Nəticədə əhalinin əksəriyyətinin maddi rifahı yüksəlib.

Təbii ki, əhalinin sosial müdafiəsi daha da gücləndirilməsi prosesi davamlı olacaqdır. Azərbaycanın əsas hədəfi sosial iqtisadi göstəricisinə görə dünyada qabaqcıl ölkələr sırasında olmaqdır", - deyə deputat əlavə edib.



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI