Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ceyhun Bayramov: “Ermənistan razılaşmalardan geri çəkilir”

Ceyhun Bayramov: “Ermənistan razılaşmalardan geri çəkilir”
27-12-2022, 17:14 173 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə yanaşmada ziddiyyətli məqamlar barədə detallı məlumat vermək istəməzdim”.
VETENİM-AZERBAYCANDIR.AZ-ın məlumatına əsasən, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında deyib.
Nazir bununla belə, ümumi narahatedici trendlərdən söz açıb.
“Bildirim ki, Azərbaycan sülh üçün 5 baza prinsipi irəli sürüb. Bu prinsiplər beynəlxalq hüquqa əsaslanır. Sonra isə bir sıra razılaşmalar oldu və bunu Ermənistan tərəfi də öz ictimaiyyətinə çatdırır. Ancaq Ermənistan əldə edilən razılaşmalardan geri çəkilir, biz bunu müşahidə edirik”, - deyə nazir əlavə edib.
Ceyhun Bayramov deyib ki, sülh təklifləri sadə və yığcam olmalıdır.
“Ermənistan isə beynəlxalq hüquqa əsaslanan baza prinsiplərini dəyişdirməyə çalışır və onu çərçivə sazişi ilə məhdudlaşdırmaq istəyir. Ermənistan çox sadə olan prinsipləri mürəkkəbləşdirir”, - deyə nazir bildirib.
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI