"Sankt-Peterburqda MDB dövlət başçıları arasında sammit öncəsi Xankəndidə belə bir aksiyanın keçirilməsinin heç bir əhəmiyyəti yoxdur".Bunu açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, Rusiya vətəndaşlığından çıxarılan Vardanyanı rəsmi Bakının hüquqi-siyasi müstəvidə neytrallaşdırılması ilə bağlı atacağı addımlara Moskva mane olmamalıdır:
"Bu görüşdən qabaq Moskvada Azərbaycan və Rusiya Xarici işlər nazirlərinin görüşü olub. O görüşlər ərəfəsində bu cür aksiyaların keçirilməsi və görüşlərə təsir etmək üçün belə bir addım atmaqlarının heç bir əhəmiyyəti yoxdur. Ona görə də mən düşünmürəm ki, bu aksiyalar məhz buna hesablanıb.
Doğrudan da Vardanyanın real olaraq regionda hansısa proseslərə istiqamət verib-verməyəcəyini qarşıda baş verə biləcək hadisələr göstərəcək. Separatçıların başına gətirilməyə çalışılan bu şəxs regionda destruktiv element kimi qalır. Azərbaycan üçünsə əsas odur ki, bu destruktiv elementi aradan götürsün. Burada yenə də daha çox siyasi-hüquqi metdolardan söhbət gedir.
Amma əgər Vardanyan əməllərdə Azərbaycana təhdid törədərsə, o zaman onu digər metodlardan da istifadə edərək zərərsizləşdirmək lazım olacaq. Mahiyyət etibarı ilə o terrorçudur və hərb yolla Azərbaycana təzyiq göstərmək niyyətindədir".
VETENİM-AZERBAYCANDIR.AZ