22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Ərdoğandan İlham Əliyevə ad günü təbriki
VETENİM-AZERBAYCANDIR.AZ
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, məktubda bildirilir:
“Hörmətli Prezident, Əziz Qardaşım.
Doğum gününüzü şəxsən öz adımdan və xalqım adından səmimi-qəlbdən təbrik edir, Sizə və dəyərli ailənizin üzvlərinə cansağlığı, xoşbəxtlik və uzun ömür diləyirəm.
Zati-alinizin qətiyyətli və uzaqgörən liderliyi ilə qardaş Azərbaycan son illərdə böyük nailiyyətlər əldə etmiş, beynəlxalq arenada nüfuzlu yerini daha da möhkəmləndirmişdir. Xüsusilə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və abadlaşdırılmasında göstərdiyiniz əzmkarlıq və qətiyyət hər cür tərifin fövqündədir.
Azərbaycanın əmin-amanlığı, rifahı və gələcək nəsillər üçün çəkdiyiniz dəyərli zəhmətiniz bütün Türk Dünyası tərəfindən böyük maraq və sevinc hissi ilə izlənir və nümunə götürülür.
Öz gücünü "Bir millət, iki dövlət" anlayışı ilə xalqlarımız arasındakı qədim qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan ittifaqı da bu prosesdə regionumuz üçün əvəzsiz təhlükəsizlik, sabitlik və rifah amilinə çevrilmişdir.
Müdafiə Sənayesi, müştərək energetika və nəqliyyat layihələrindəki əməkdaşlıqla hər bir sahədə nümayiş etdirdiyimiz sarsılmaz həmrəyliyimizi Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü ildə də daha yüksək səviyyələrə çatdıracağımıza bütün səmimiyyətimlə inanıram.
Hörmətli Prezident, fürsətdən istifadə edərək Zati-alinizə yeni yaşında cansağlığı və xoşbəxtlik arzulayır, dost və qardaş Azərbaycan xalqının xoş günləri və rifahının bundan sonra da davam etməsi üçün ən səmimi diləklərimi çatdırıram”.
VETENİM-AZERBAYCANDIR.AZ