Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Onlar özləri Vardanyanı Xankəndidən qovmalıdır”

“Onlar özləri Vardanyanı Xankəndidən qovmalıdır”
20-12-2022, 13:03 179 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

“Xankəndidəki vətəndaşlarımız hesab etdiyimiz ermənilər özlərini Azərbaycan vətəndaşı kimi aparmalı, özləri Ruben Vardanyanı Xankəndidən qovmalıdır”. 
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Kamal Cəfərov bildirib. 
Həmçinin oxuyun: Нужна ли супругам доверенность на машину?
Deputat qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşının ürəyi Xankəndi yolundakı ekoloji aktivistlər, vətəndaş cəmiyyəti nümayəndələrinin ürəyi ilə döyünür: “Hər birimiz axşam yatanda, sübh tezdən qalxanda birinci növbədə Laçın – Xankəndi yolundakı vəziyyətlə maraqlanır, gözləyirik ki, bizim haqlı tələblərimiz yerinə yetirilib ya yox. Burada müzakirə etmək üçün çox məsələ var. Ancaq ən mühüm olan nəticə ondan ibarətdir ki,  bu aksiya Azərbaycan xalqının hər bir fərdi tərəfindən dəstəklənir. Bu birlik bütün dünya dövlətləri tərəfindən diqqətlə müşahidə edilir. Düşünürəm ki, bu aksiya Azərbaycanın qızıl tarixinə yazılacaq”. 
Kamal Cəfərov vurğulayıb ki, aksiyanın sonlanması üçün Azərbaycan tərəfinin tələbləri aydındır, haqlıdır: “Bu barədə hər birimizin məlumatı var. Xankəndidəki vətəndaşlarımız onlardan siyasi və korrupsion maraqlar üçün istifadə edilməyə imkan verməməlidir. Onsuz da biz özümüz buna nail olacağıq. Rus sülhməramlıları qanunsuz erməni dəstələrini Azərbaycan ərazilərindən çıxarmalıdır. Digər öhdəlikləri kimi bunu da icra etməlidir”.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI