17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
18:31 - Bu gün Xalq artisti Əjdər Həmidovun anım günüdür
19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
“Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi çox vacibdir” - Viktor Ponta
VETENİM-AZERBAYCANDIR.AZ
"Bu gün Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” həm Rumıniya, həm də bütün Şərqi Avropa üçün çox vacibdir. Rumıniyanın Baş naziri olduğum müddətdə Azərbaycan və Gürcüstanla siyasi və iqtisadi əməkdaşlığı yüksək qiymətləndirdim və inkişaf etdirdim".
Bu fikirləri müsahibəsində Rumıniyanın 2012-2015-ci illərdə sabiq Baş naziri, “Pro Romania” partiyasının sədri Viktor Ponta bildirib.
O qeyd edib ki, Azərbaycan bu çətin dövrdə Avropa üçün ciddi, proqnozlaşdırıla bilən və etibarlı tərəfdaş kimi özünü sübut edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi indi çox vacibdir. Avropa Azərbaycanın bu anda və gələcəkdə sahib olduğu bu çox mühüm rolu qəbul etməlidir:
“Hazırda Azərbaycan və Gürcüstanın bu enerji layihəsində Rumıniya və Macarıstanla əməkdaşlıq etməsi Ukrayna müharibəsi və Avropadakı enerji böhranı kontekstində müsbət strateji qərar, əməkdaşlıq və dostluq mesajıdır".
"Rumıniya Qara dəniz hövzəsində onun dostları olan Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan ilə iqtisadi və siyasi əlaqələri gələcəkdə daha çox inkişaf etdirməlidir. Bu uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini dərinləşdirmək ölkələrimizin ümumi maraqlarına uyğundur”, - deyə o vurğulayıb.
VETENİM-AZERBAYCANDIR.AZ