Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mehriban Məhərrəmova qəzəli ilə Ustadının yubiley gününü təbrik etdi

Mehriban Məhərrəmova qəzəli ilə Ustadının yubiley gününü təbrik etdi
14-12-2022, 22:33 536 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ
YAZIÇI PUBLİSİST MEHRİBAN MƏHƏRRƏMOVA və  Vətənim-Azərbaycandır.AZ xəbərlər və informasiya portalı adından təbrik.
 Azərbaycan Xalq ədəbiyyatının şahı sayılan qəzəl janrının ən öndə gedən simalarından HACI QƏZƏNFƏR Talibin bu gün 14 dekabr 2022 ci ildə 70 illik yubileyi qeyd olunur. O, Azərbaycanda qəzəl janrının mahir bilicisi, əruz elminin ən görkəmli Ustadı, canlı ensiklopediyası sayılır. Hacı Qəzənfər Talıb Əhməd oğlu Həsənov bir çox qəzəlxanların Ustadıdır. Mənim  bu janrda yazmağa həvəsim, qəzəliyyata vurğunluğum məhz onun sənətinə və dərin məzmunlu qəzəllərinə  olan sevgimdən yaranıb. Oxucularının və həmkarlarının qəlbində dərin hörmətə və ehtirama layiq parlaq imza sahibini,  ürəkdən təbrik edirik..Təbrikə gələcəyin əsgərləri olan az yaşlı nəvələri də əsgər geyimində qoşulub,təbrik etdilər. Sonda Ustada həsr etdiyim "EY DOST" sərlövhəli qəzəlimi oxuculara təqdim edirəm.

VETENİM-AZERBAYCANDIR.AZ XƏBƏRLƏR VƏ İNFORMASİYA PORTALININ RƏHBƏRİ VƏ KOLLEKTİVİ ADINDAN USTADI YUBİLEY GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİR, UZUN ÖMÜR CAN SAĞLIĞI ARZULAYIR.
Qəzəl * "EY DOST"
Padişahəm mən əgər, başımda tacım var mənim
Dil bilən bir dosta əmma, ehtiyacım var mənim..
***************
Qədrini gec anladım bu dostluğun, mən, heyf ola 
Ol səbəb, qəlbimdə hər an, ağrı-acım var mənim..
***************
 Görmədim, bir dost ola, əhli-vəfada sən kimi
Şükr ola, hər dərdimə, sən tək əlacım var mənim..
***************
Gər, sənin kuyin, təvaf etsəydi canım, bir kərə 
Fəxr edər hər yerdə ki, bax, böylə hacım var mənim..
***************
Mehriban ömr etdi dünyadə, vəfadan dönmədi 
Aşikardır dostlara, böylə məzacım var mənim..






Mehriban Məhərrəmova

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI