Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Erməni dezinformasiya şəbəkəsi "iş başında": Mülki dinc aksiya hərbçilərin hücumu kimi qələmə verilir

Erməni dezinformasiya şəbəkəsi "iş başında": Mülki dinc aksiya hərbçilərin hücumu kimi qələmə verilir
12-12-2022, 22:08 152 dəfə baxılıb


Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşa şəhəri ətrafında Rusiya sülhməramlılarının nəzarət zonasında etiraz aksiyası keçirirlər.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, onlar azərbaycanlı ekoloq-mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.
Etirazçıların əsas tələbi odur ki, sülhməramlı kontingentin komandiri Andrey Volkov əraziyə gəlsin və məsələyə aydınlıq gətirsin.
Hər zaman olduğu kimi, bu fakt da erməni mənbələr tərəfindən kontekstdən çıxarılır və vəziyyət məqsədyönlü şəkildə tamamilə başqa istiqamətə sürüklənir. Bununla əlaqədar erməni kütləvi informasiya vasitələri, eləcə də sosial şəbəkələri, teleqram kanalları durmadan dezinformasiyalar tirajlayırlar. Erməni mənbələri, ermənilərin dezinformasiyasına əsaslanan xarici ermənipərəst dairələr guya Azərbaycan ordusunun, hərbçilərinin Laçın dəhlizini bağladığı, Azərbaycan ərazisində yaşayan erməni əhalisini blokadaya saldığı barədə yalan məlumatlar yayırlar. Nəticə etibarilə, erməni dezinformasiya şəbəkəsi mülki təşkilatların dinc aksiyasını az qala hərbçilərin hücumu kimi qələmə verir.
Ermənistan tarixən bu kimi dezinformasiyalarla manipulyasiya etməyə çalışıb, lakin hər dəfə özü çətin durumlarda qalıb. Bunun ən bariz sübutu iki il öncəki 44 günlük Vətən müharibəsidir. Erməni mənbələr, ermənipərəstlər bir tərəfə dursun, Ermənistanın rəsmi dairələri belə 44 günlük savaş boyunca bir dənə də olsun doğru informasiya vermədi, nə özünə, nə də dünyaya... Bu köhnə "taktika"larının hələr də bir işə yarayacağını düşünən ermənilərin iç üzü çoxdan açılıb.
Odur ki, dünya ictimaiyyəti real vəziyyəti öyrənmək istəyirsə, həqiqətləri bilmək, obyektivliyi qorumaq istəyirsə, informasiyanı hər zamankı kimi Azərbaycan mənbələrindən alsın!

 
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI