17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
Vladimir Uxov: “Heydər Əliyevin mərdliyi, qətiyyətliliyi yaddaşımda qalıb”
“Mənim Heydər Əliyevlə 5 ilə yaxın işləmək şansım olub. Əliyev həmin dövrü “Kreml beşilliyi” adlandırmışdı”.
VETENİM-AZERBAYCANDIR.AZnın məlumatına görə, bunu Heydər Əliyev Moskvada SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olan zaman onun köməkçisi işləmiş Vladimir Uxov deyib.
Azərbaycanın Rusiyadakı Səfirliyi tərəfindən təşkil olunan anım tədbirində iştirak edən 91 yaşlı Vladimir Uxov Heydər Əliyevlə birgə işlədiyi dövrdə hər gün onunla görüşdüyünü və onun tapşırıqlarını yerinə yetirdiyini söyləyib:“Heydər Əliyevin mərdliyi, qətiyyətliliyi yaddaşımda qalıb. Bu, bir çox ciddi işlərdə özünü büruzə verib. “Admiral Naximov” gəmisi qəzaya uğrayandan sonra üç həftəyə yaxın onunla birlikdə oldum. Ona görə ki, mən özüm ixtisasca dənizçi idim.
O zaman Heydər Əliyevin həmin günlərdə xilas edilənlərə kömək etməyə, yeməklə, yaşayış yeri ilə təmin etməyə çalışdığını gördüm. Həmin vaxt qəzaya uğrayan gəmidəkilərin minlərlə qohumu kiçik Novorossiysk şəhərinə gəlmişdi. Heydər Əliyev həmin günlərdə bu inanların dərdini bölüşür, hamı ilə danışırdı. Özü də sadə mehmanxanada yaşayırdı. Yanında katibliyinin işçisi kimi bir mən, bir də mühafizəçisi var idi. Adi yemək yeyirdi. Həmin vaxt o bütün gücü işə verdi. Həmin gəminin batması onun ürəyində ömürlük iz buraxdı”, - deyə Uxov ümummilli lider Heydər Əliyevlə bağlı xatirəsini bölüşüb.
VETENİM-AZERBAYCANDIR.AZ