17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
Zəfər paradı Türkiyə- Azərbaycan qardaşlığının rəmzidir.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Azərbaycan əsgəri ilə yanaşı,qardaş türk əsgərinin iştirakı ilə keçirilən Zəfər paradı xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazılmış möhtəşəm və unudulmaz hadisə idi.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın işqalçı ordusunu döyüş meydanında məhv etdi, möhtəşəm Zəfər qazandı .Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Bütün dünya gördü ki, xalqımızın vətəni uğrunda ölməyi bacaran, torpağının azadlığı uğrunda canından keçməyə hazır olan qəhrəman,mərd,cəsur övladları var. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etdi. Həmin gün xalqımızın tarixinə qızıl hərflərlə - ″Qələbə Günü″ kimi yazıldı. Tarixi Zəfərimizin rəmzi olaraq Şuşa şəhərinin azad edilməsindən sonra qəhrəman hərbçilərimiz tərəfindən şəhər üzərində ucaldılan Zəfər bayrağının parada gətirilməsi qürurverici hadisə idi. Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı mühüm tarixi hadisə idi. İki qardaş ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Prezident İlham Əliyev Qələbəyə həsr olunmuş Zəfər paradı zamanı çıxış edərək bildirmişdir ki, Vətən müharibəsinin ilk günlərindən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi.Bu mənada Vətən müharibəsində qazandığımız zəfəri qardaşlığın Zəfəri də adlandırmaq mümkündür. Qardaş Türkiyənin Azərbaycanın haqq işinə dəstəyi ədalət naminə savaşda tək olmadığımızı göstərdi və qələbəyə inamımızı daha da artırdı. Bu baxımdan Azərbaycan-Türkiyə qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbəmizə həsr olunan Zəfər paradında iştirakı və səsləndirdiyi bəyanat Azərbaycan xalqı üçün qəlbləri riqqətə gətirən dəyərli fikirlər, eyni zamanda, bütün dünyaya siyasi mesaj idi. Prezidenti Rəcəb Tayyib Ərdoğanın özünün də dediyi kimi, Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə çətinliklərin öhdəsindən gəlməyə, yeni uğurlara çatmağa davam edəcək.Bu mənada Zəfər Paradında Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi çoxəsrlik tariximizin ən parlaq səhifəsi kimi yaddaşlarda qaldı. 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradı Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirməklə, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi, Ermənistandan ələ keçirdiyi hərbi qənimətlərin nümayiş olunması qələbəmizin möhtəşəmliyini bütün dünyaya bir daha göstərdi. Qələbəmizi təmin edən amillərdən biri də Prezident İlham Əliyevin Azərbaycanda ordu quruculuğuna böyük diqqət ayırması, ordumuzun ən müasir silahlarla təmin olunması olmuşdur. 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımızın əziz xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq isə tarixdə əbədi qalacaqdır.
YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova.
VETENİM-AZERBAYCANDIR.AZ