17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
“Ermənistan tərəfinə bu kimi destruktiv siyasətindən əl çəkməyi tövsiyə edirik”
VETENİM-AZERBAYCANDIR.AZ
“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunması yalandır”.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bunu “Report”a Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtonda Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması barədə guya razılıq əldə olunduğuna dair bəyanatla çıxış etməsinə münasibət bildirərkən deyib.
O, Ermənistan Təhlükəsizlik Şurasının katibi tərəfindən aparılmış müzakirələrin mahiyyətinin birtərəfli qaydada təhrif olunduğunu təəssüflə qeyd edib: “Oktyabrın 13-də Azərbaycan mediasına verdiyim müsahibədə Vaşinqtonda keçirilmiş müzakirələrin məzmunu və mahiyyəti barədə ətraflı məlumat verilib. Bir daha qeyd etmək istərdim ki, guya Vaşinqtonda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquq və təhlükəsizliyi barədə beynəlxalq mexanizmlərin yaradılması haqqında razılığın əldə olunmasına dair açıqlamalar yalandır. Danışıqlarda hər hansı məsələnin qaldırılması həmin məsələyə dair razılığın əldə olunduğu demək deyil. Sentyabrın 27-də Vaşinqton şəhərində, Ağ Evdə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tərəfindən təşkil olunmuş görüşdə tərəfimizdən bir daha bildirildi ki, Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsini heç bir beynəlxalq tərəfdaşla müzakirə etməyəcək, bu, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında ölkəmizin daxili işidir, milli suverenlik məsələsidir və hər hansı beynəlxalq mexanizmin yaradılmasından söhbət belə gedə bilməz. Azərbaycan bu məsələni nə Ermənistan və nə də digər dövlətlə və təşkilatla müzakirə etmək fikrində belə deyil. Görüşdə ABŞ nümayəndəsi tərəfindən də Azərbaycanın suverenliyinə hörmətlə yanaşıldığı bir daha qeyd olundu”.
H.Hacıyev bildirib ki, Praqa və Soçidə qəbul edilmiş bəyanatlara zidd olaraq, Ermənistan rəsmilərinin Azərbaycanın suveren əraziləri barəsində bu kimi açıqlamalarla çıxış etməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qəsd kimi qiymətləndirilir: “Bu və son vaxtlar Ermənistan rəsmiləri tərəfindən səsləndirilən digər ziddiyyətli açıqlamalar və irəli sürülən lazımsız yeni elementlər Ermənistan tərəfinin qəsdən sülh müqaviləsi üzrə danışıqları pozmaq və yalnız danışıqlar imitasiyası yaratmaq niyyətini göstərir. Ermənistan tərəfinə bu kimi destruktiv siyasətindən əl çəkməyi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün siyasi iradə nümayiş etdirərək sülh müqaviləsi üzrə danışıqlarda ciddi surətdə iştirak etməyi tövsiyə edirik”.
VETENİM-AZERBAYCANDIR.AZ