Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Zaxarova: Aİ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir

Zaxarova: Aİ Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyir
8-12-2022, 17:09 156 dəfə baxılıb

 VETENİM-AZERBAYCANDIR.AZ

ABŞ və Fransa özləri Qarabağla bağlı ATƏT-in Minsk qrupunun “üçlü” işini dayandırıb.
 VETENİM-AZERBAYCANDIR.AZ “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Moskva, Paris və Vaşinqtonun Qarabağ məsələsi ilə bağlı nə üçün birgə çalışa bilməməsinə dair suala cavabında deyib.
“XİN başçısı Sergey Lavrov ATƏT-in Minsk qrupunun fəaliyyətinə öz qiymətini verib. Vaşinqton və Paris həmsədr olduqları halda, uydurma səbəblərlə bu ilin fevralında Moskva ilə əməkdaşlıqdan imtina ediblər. Onlar bununla həm də ATƏT-in Minsk qrupunu da “dəfn ediblər”, - Zaxarova bildirib.
O, Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair Cenevrə diskussiyalarının da Qərblə Rusiya arasında koordinasiyanın pozulmasına dair nümunə olduğunu deyib. Mariya Zaxarova əlavə edib ki, danışıqların 56-cı raundu yalnız 9 aylıq fasilədən sonra baş tutub və növbəti raund dekabr ayına planlaşdırılsa da, 2023-cü ilin fevralına qədər təxirə salınıb.
Rusiya XİN rəsmisi Ermənistandakı Avropa İttifaqının müşahidə qrupunun müddətinin uzadılmasını da şərh edib.
O, rəsmi Brüsselin hər vəchlə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə qoşulmağa çalışdığını qeyd edib.
“Onlar bunu sırf regionda yerləşmək və Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq üçün edir. Bu, onların arzusudur. Biz buna münasibətimizi ifadə etmişik”, - Zaxarova diqqətə çatdırıb.
XİN rəsmisi məsələ ilə bağlı Rusiyanın həm Ermənistan, həm də Azərbaycanla təmasda olduğunu və Aİ-nin Ermənistandakı müşahidə qrupunun mandatının uzadılacağı halda bununla bağlı əlavə şərh verəcəklərini deyib.



 
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI