17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
“Özəl Sektor, KSM və Gənclər Təşkilatlarının Əlaqələrinin Gücləndirilməsi” forumu keçirildi - FOTO
Dövlət qurumları, şirkət nümayəndələri və gənclər təşkilatlarından olan 100 nəfərin iştirakı ilə keçirilən forum NAYORA-nın sədri Azər Əliyevin açılış nitqi ilə öz işinə başlayıb.
Forum ümumilikdə rəsmilərin çıxışları və panel müzakirələri olmaqla iki hissədən ibarət olub. Açılış mərasimində ilk olaraq Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclər təşkilatları ilə dövlət və özəl sektor arasında əlaqələrin gücləndirilməsi baxımından keçirilən bu cür təşəbbüsləri dəstəklədiyini bildirib. Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Huseynov, KOBİA-nın biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin İdarəolunması departamentinin əməkdaşı Natiq Lahıcov da çıxış edib.
Çıxışlardan sonra ümumi müzakirələr aparılıb və tədbir iştirakçılarının ünvanladıqları suallar rəsmilər tərəfindən cavablandırılıb.
Tədbirin ikinci hissəsi olaraq “Özəl sektor ilə gənclər təşkilatlarının KSM istiqamətində davamlı əlaqələrin inkişafında mövcud çatışmazlıqlar və onların həlli yolları” və “KSM sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi, mövcud qanunvericilik və imkanlar” mövzularında DMA-nın Sosial Proqramlar şöbəsinin müdiri Vüqar İmanov, EKVİTA şirkətinin Biznesin İnkişafı və Marketinq şöbəsinin rəhbəri Kənan Səlimov, KOBSKA-nın sədri Nigar Ələsgərova, “OBA” marketlər şəbəkəsinin İctimaiyyətlə əlaqələr üzrə meneceri Kamilə Məhərrəmli, AR Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev, KOBİA-nın biznesə xidmətlər departamentinin müdir müavini Emin Abdullayev, AzGranata MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Ülvi Günəşli və Libraff kitab mağazaları şəbəkəsinin PR mütəxəssisi Sərxan Rüstəmovun iştirakı ilə panel müzakirəsi keçirilib. KSM istiqamətində gənclər təşkilatları tərəfindən təkliflərin səsləndirilməsi və onların müzakirəsi ilə forum işini yekunlaşdırıb.
Qeyd edək ki, layihə çərçivəsində indiyə qədər qeyd edilən istiqamətdə təlim və görüşlər keçirilib, sonuncu mərhələ olaraq isə AR Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə aidiyyəti sahə üzrə mövcud problemlərə və onların həlli istiqamətində görüşün təşkil edilməsi planlaşdırılır.
Layihə AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və AR Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib.