Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan-Türkiyə birgə təlimi: Hikkəli və kinli Tehrana mühüm ismarış - ŞƏRH + FOTO

Azərbaycan-Türkiyə birgə təlimi: Hikkəli və kinli Tehrana mühüm ismarış - ŞƏRH + FOTO
5-12-2022, 17:35 179 dəfə baxılıb

Bir müddətdir dünyada qlobal səviyyədə gərginlik mövcuddur. Proseslər inqilabi dəyişikliklərin baş verəcəyini göstərir. Bu fonda dövlətin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyinin qorunub-saxlanılması qarşıda duran vacib məsələlərdən birincisidir. Belə bir vəziyyətdə Azərbaycanla Türkiyənin hərbi də daxil olmaqla bütün sahələrdə əməkdaşlığı genişlənir və güclənir. Dekabrın 5-də Azərbaycanla Türkiyə arasında keçirilən daha bir hərbi təlim buna örnək ola bilər.

Məlumata görə, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir. Ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər.
Təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib. Bu təlimlər İranda baş verən etiraz aksiyaları və Tehran hakimiyyətinin Azərbaycanla Türkiyə sərhədlərinə qoşun və hərbi texnika cəmləşdirməsi fBu arada oxucuların diqqətinə çatdıraq ki, bir neçə gün öncə İranın 14 vətəndaşı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə keçib. Onların Azərbaycan ərazilərində separatçıların tör-töküntülərinə terror təlimi keçəcəyi bildirilib. Belə qənaətə gəlmək olar ki, İran hakimiyyəti ermənilərdən alət olaraq istifadə etməklə Azərbaycan daxilində təxribat və ya diversiya hazırlayır. Başqa sözlə, Tehran rejimi Azərbaycanda yaratmaq istədiyi “5-ci kolon” vasitəsi ilə iğtişaşlar törətməyə nail ola bilmədiyindən, tərəfdarlarının şəbəkəsi ifşa olunduğundan, terrora və ya hərbi müdaxiləyə əl atır.
Qeyd edək ki, noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında keçirilən hərbi təlimlərə toxunaraq demişdi:

“Bizim Türkiyə ilə dövri əsaslarla bir il ərzində 10-dan artıq birgə hərbi təlimlərimiz olub. Onlar həm Türkiyədə, həm də Azərbaycanda təşkil edilib. Bu, regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Sərhədimizdə təxribatları planlaşdıranlar, bizi qorxutmağa çalışanlar bu planlarını yaddan çıxarmalıdırlar”.
Prezident həmin çıxışında beynəlxalq hüququn işləmədiyini və ya selektiv qaydada işlədiyini qeyd edərək güclü ordu, yaxşı müttəfiqin vacibliyini də vurğulamışdı.
Bu baxımdan Türkiyə Azərbaycanın, Azərbaycan isə Türkiyənin əsas müttəfiqidir.
İki ölkənin hərbi sahədə əməkdaşlığı Şuşa Bəyannaməsində də təsbit olunub. Həmin sənədin müvafiq bölməsində bildirilib ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.
İran hakimiyyəti hazırkı şəraitdə Ermənistan üzərindən Azərbaycana qarşı hibrid müharibəsi aparmağa çalışır. Tehranla İrəvan arasında əlaqələrin genişlənməsi, İranın Ermənistanı özünə “qırmızı xətt” elan etməsi, 14 terrorçunun erməniləri təlimatlandırmağa göndərilməsi, sərhədlərdə manevrlər bunu təsdiqləyir. Bu azmış kimi, İran rəsmiləri Azərbaycanı şantaj edir, terrorçulara yardım etməkdə ittiham edir. İran Məsləhət Şurasının katibi Möhsün Rzayinin Xuzistanın İze şəhərində terrorçuluqda şübhəli bilinənlərin guya “Bakı ilə sərhəddə saxlanıldığına” dair açıqlaması da buna nümunədir.
Azərbaycanın adının təhrif edilməsi də İran hakimiyyətinin, qonşu dövlətə dost olmayan münasibətinin göstəricisi sayıla bilər. Tehran rejimi qonşulara, xüsusi ilə Azərbaycan və Türkiyəyə qarşı tez-tez terrorçulardan, eləcə də ermənilərdən, ASALA-dan və PKK-dan istifadə edib. Məşhur ASALA terrorçusu Monte Melkonyanın İranın xüsusi xidmət orqanları ilə əlaqəsi, 1993-cü ildə Qubadlının işğalından əvvəl onlar arasında görüş olması da buna sübutdur. Bu, Tehranın Azərbaycana qarşı terrorçularla əlaqəsinə dair məlum faktlardandır.
Yaxud, İran hakimiyyəti Azərbaycanın dövlət sərhədlərini pozmaqla öz gücünü göstərməyə çalışıb. “Türk şahinləri”nin Bakı səmasında görünməsi panfarsçı rejimin pis niyyətinə cavab olub. Təəssüf ki, İran hakimiyyəti hələ də regionda, Cənubi Qafqazda pozuculuq fəaliyyəti göstərmək cəhdlərini davam etdirir. İmkan daxilində sadaladığımız belə hallara əsasən, birgə hərbi təlimi İrandakı rejimə xəbərdarlıq kimi də saymaq olar.
Türkiyə ilə Azərbaycan hərbçilərinin bu gün başlayan təlimləri İran hakimiyyətinin Azərbaycana qarşı terror fəaliyyəti və hərbi hədə-qorxusuna cavab sayıla bilər. Bu təlim dosta dost, düşmənə düşmən ismarışıdır. 30 ildə qazandığı təcrübə, tarixi hadisələr Azərbaycana dostunu da, düşmənini də tanımağa imkan verib. Azərbaycan bu gün dostu, müttəfiqi, soydaşı olan Türkiyə ilə düşmənin hikkəsi, kini və pis niyyəti qarşısında birliyini və regional təhlükəsizliyinin vacibliyini göstərir.

“Report” İnfomasiya Agentliyi

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI