Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

28 il erməni vandalizminin əsiri olan -Yenilməz Laçın.

28 il erməni vandalizminin əsiri olan -Yenilməz Laçın.
30-11-2022, 11:54 256 dəfə baxılıb

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və rəşadətli ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etmək məqsədi ilə 2020-ci il sentyabrın 27-dən başladığı və 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da hərbi-siyasi Qələbəmizin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 10 noyabr tarixində imzaladığı birgə Bəyanata uyğun olaraq, 01 dekabr 2020-ci il tarixdə erməni işğalı altında olan Laçın rayonu dinc yolla əsl sahibinə qaytarıldı.Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrildi.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir. Tarixi torpaqlarımızı 30 il işğal altında saxlayan ermənilər, digər rayonlarımızda olduğu kimi, Laçın rayonunu da xarabazarlığa çeviriblər, xalqımıza məxsus tarixi, dini, mədəni irsi tamamilə məhv ediblər. Erməni vəhşiləri bu bölgəmizdə də ekoloji terror törədərək çayları, bulaqları qurudublar, ağacları kəsiblər, yanğınlar törədiblər, bir sözlə, bir həyat nişanəsinin belə qalmamasına çalışıblar. Laçının Zabux və Sus kəndlərini də talan ediblər, yaşayış evlərimizi söküblər, həmin kəndlərin ərazisində olan azərbaycanlılara aid abidələri tamamilə dağıdıblar. Faşist xislətli ermənilərin Zabuxda özləri üçün inşa etdikləri evlərin əksəriyyəti azərbaycanlıların məzarları üzərində tikilib. 
       Şanlı Vətən savaşımız bitdikdən dərhal sonra Azərbaycan dövləti tərəfindən vandal düşmənin vəhşicəsinə dağıtdığı şəhərlərimiz ,kəndlərimiz yenidən qurulur, bərpa edilir. Yollar çəkilir, tunellər inşa olunur, hava limanları tikilir, hərtərəfli infrastruktur qurulur. Qalib Prezidentimiz işğaldan azad edilən Laçında Azərbaycanın üçrəngli bayrağını qürurla dalğalandırdı və bir daha dünyaya bəyan etdi ki, bu torpaqların əzəli sahibləri qayıdıblar: "Bu, tarixi hadisədir. Laçın şəhərinin azad edilməsi həmişə tarixdə qalacaq. Bu gün Laçın şəhərində, şəhərin mərkəzində, mərkəzi küçədə Azərbaycan Bayrağını qaldırmışam. Bu bayraq burada əbədi dalğalanacaqdır". Bu gün digər işğaldan azad olunmuş ərazilərimiz kimi, Laçın rayonuda yenidən qurulur. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq ərazilərimiz bərpa olunur, yeni infrastruktur layihələr həyata keçirilir.“Qorçu” elektrik yarımstansiyasının və “Həkəriçay” su anbarının inşası, çox qısa zamanda istifadəyə verilən, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasının bərpası bunun əyani sübutudur. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Laçında Hava Limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Ümumilikdə, Laçın rayonunda qısa zaman ərzində görülən işlərə nəzər saldıqda əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə bərpa-quruculuq işləri uğurla başa çatacaq, ölkəmizin bu gözəl guşəsində həyat yenidən canlanacaq, və Laçın rayonu yenidən cənnətə çevriləcəkdir.

Fidan Hüseynova,
YAP Quba Rayon təşkilatının sədri



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI