Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın səfirlik açmasına İsraildən REAKSİYA - FOTO

Azərbaycanın səfirlik açmasına İsraildən REAKSİYA - FOTO
18-11-2022, 16:04 174 dəfə baxılıb

İsrailin Baş naziri Yair Lapid Azərbaycanın bu ölkədə səfirlik açmasına münasibətini bildirib.

Bu barədə o, “Twitter” hesabında yazıb.
“Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını alqışlayıram. Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir.
Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, - deyə İsrail hökumət başçısı vurğulayıb.
Lapid həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib və ilk dəfə İsrail dövlətində səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib
.


 
Həmçinin İsrailin Azərbaycandakı səfiri Corc Dik də məsələyə münasibət bildirib:
“Bu şüşəni açmaq vaxtıdır! Azərbaycan parlamenti İsraildə səfirlik açılması ilə bağlı qanun qəbul etdi”.



 







VETENİM-AZƏRBAYCANDIR.AZ






ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI