Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şəxsi maraqlarına xidmət edənlər müəssisə rəhbərinin işgüzar nüfuzuna xələl gətirir - FOTO

Şəxsi maraqlarına xidmət edənlər müəssisə rəhbərinin işgüzar nüfuzuna xələl gətirir - FOTO
17-11-2022, 14:03 232 dəfə baxılıb

Bəzən jurnalistlər və ümumiyyətlə müstəqil medialar haqqında deyilən mənfi fikirlər müstəqil media qurumu və nümayəndəsi olaraq, sözün əsl mənasında xətrimizə dəyir.
Amma, çox təəssüflər olsun ki, hər sahədə olduğu kimi, media sahəsində də bəzən elə özünü "media qurumu", yaxud "jurnalist" adlandıranlar meydana çıxıb, sinəsinə döyür ki, mətbuatda illərini xərcləyən peşəkarlar haqlı olaraq, el demişkən, "yanıb tökülür".

Bu dəfə mövzuya bu cür giriş verməkdə, sözümüzün canı var.
VETENİM-AZƏRBAYCANDIR.AZ "DogruXeber.az"- a istinadən xəbər verir ki,  izləyicilərimiz və bizi yaxşı tanıyan həmkarlarımız da bunu təsdiq edər ki, son zamanlar müstəqil medialarda təhsil haqqında tənqidi yazılar, məlumatlar və müəllim, valideyin şikayətlərinin yayımları daha da artıb. Ən çox da bu cür şikayətlər, məlumatlar "DogruXeber.az" informasiya portalında yayımlanır. Yəni, adımızdan da göründüyü kimi əyriyə-əyri, düzə-düz yanaşırıq. Bir sözlə, iş prinsipimiz də, şüarımız da adımızdır. Lakin, bunu demək bizim üçün nə qədər çətin olsa da, təəssüflə qeyd etməliyik ki, özünü jurnalist adlandıran və "həqiqi xəbər" adı altında "fəaliyyət" göstərən bəzi şəxslər bu gün Sabunçu rayonunda yerləşən 247 saylı uşaq bağçası barəsində bəzi məlumatlar paylaşıblar.

Həmin yazıyla tanış olmaq üçün fotonu ekrana yaxınlaşdırıb, diqqətlə oxuyun !


Şəxsi  maraqlarına xidmət  edənlər  müəssisə rəhbərinin işgüzar nüfuzuna xələl gətirir - FOTO


Əvvəlcə, bu məqama diqqət edin !

Bildirilir ki, "Valideyin tərəfindən saytın elektron ünvanına müraciət göndərilib".

Saytın əlaqə bölməsində qeyd edilən əlaqə vasitələrnə baxın.

Şəxsi  maraqlarına xidmət  edənlər  müəssisə rəhbərinin işgüzar nüfuzuna xələl gətirir - FOTO


Gördüyünüz kimi saytın elektron ünvanı yoxdur.

İkinci məqam !

Diqqət etdinizsə, qısa yazıda iki ad çəkilib - yuxarıda deyilir "Türkan xanım bu bağçaya gələndən pul yığmaqla məşğuldur". Aşağıda qeyd edilir ki, "iddialara cavab tapmaq üçün Yeganə xanımla telefon əlaqəsi saxladıq ".

Yeri gəlmişkən, sözügedən məlumatlarla bağlı biz də şikayət çoxluğu səbəbilə, təhsil sahəsindəki problemlərə həssas yanaşan media qurumu olaraq, hər iki tərəf barəsində müəyyən araşdırmalar apardıq, həmçinin hər iki tərəflə telefon əlaqəsi saxladıq. Əvvəlcə tanımadığımız və ilk dəfə belə sayt adına rast gəldiyimiz üçün sayt barəsində məlumat öyrənmək istədik. Bunun üçün də ilk növbədə saytın, "haqqımızda" bölməsinə toxunduq və bu da qarşılaşdığımız "məlumat".

Şəxsi  maraqlarına xidmət  edənlər  müəssisə rəhbərinin işgüzar nüfuzuna xələl gətirir - FOTO


Bəli, "haqqında" bölməsində baş redaktouun adından başqa heç bir məlumat, yaxud baş redaktorun fəaliyyətləri barəsində hər hansı fikirləri yoxdur.

Əlqərəz...

Qeyd edilən telefon nömrəsinə zəng edib, baş redaktor olduğu yazılan Məhrubə xanımla danışdıq.

Əvvəlcə məlumat barəsində hər hansı bir faktın olub olmadığını soruşduq. Söhbəti birazca uzadandan sonra, "fakt var ki, yazılıb" dedi.

Ardından bildirdik ki, "yazıda bir adamdan bəhs edilir, amma iki ad çəkilib ".
Buna xanım sadəcə susdu. Haqlı idi, verəcək cavabı yox idi.

Daha sonra diqqətinə çatdırdıq ki, "fakt yoxdursa məsuliyyət daşıyırsınız və qarşı tərəf də bu barədə məhkəməyə müraciət edə bilər". Məhrubə xanım, "nə bacarırsınız, edin" deyə, cavab verdi.

Yeri gəlmişkən, Məhrubə xanımla danışdıqdan sonra yazıda edilən dəyişikliklərə diqqət edin !

Şəxsi  maraqlarına xidmət  edənlər  müəssisə rəhbərinin işgüzar nüfuzuna xələl gətirir - FOTO


Onu da bildirək ki, sözügedən uşaq bağçasının müdiri Türkan Fətullayeva ilə də telefon əlaqəsi saxladıq. Onun sözlərinə görə, bu dərs ili başladığından bəri dəfələrlə fərqli-fərqli şəxslər ona zəng edib, gah "Heydər Əliyev haqqında kitab çıxarırıq, bizə maddi köməklik edin", gah "haqqınızda məlumat var, görüşək" deyirlər. Sual verəndə ki, , "nə kimi məlumat?", deyirlər, "o sirrdir, görüşüb, danışaq "."

Jurnalistin cavabına baxın, "Haqqınızda məlumat var - deyə bilmərik, sirrdir." Adamın özü haqqında məlumatı özünə demir ki, "sirr"dir. Nə qədər gülünc, məntiqsiz cavab və yanaşmadır. Özü də görünür biri-birinin ardınca müxtəlif şəxslərin xanıma zəng edib, müxtəlif bəhanələrlə görüşməyə cəhd etmələri də təsadüfi deyil.

Sonuncunun da bu cür yanaşması, israrla müdirlə görüşmək istəməsi də bu cür özünü "jurnalist" adlandıranların niyyətini açıq şəkildə biruzə verir.
Gördüyünüz kimi 5-6 cümləlik bir yazıda bir neçə dəfə fikir düzəlişi (hərf yox haa, fikir düzəlişi) edilməsinin özü də sayt adına biyabırçılıq və gülünc hərəkətdir ki, bunu da "17 ildir fəaliyyət göstərdiyi"ni deyən, bizim özünüzün mediya nümayəndəsi olaraq isə ilk dəfə gördüyümüz "həqiqi xəbər" saytının baş redaktoru Məhrubə xanım etdi.

Qeyd: Qeyd edək ki, sözügedən uşaq bağçasının müdirinin "DogruXeber.az"a bildirdiyinə görə o bütün bunlara görə haqqında yanlış məlumatlar yayımlayan və ona istinad edən bütün saytlar barəsində şikayət vermək üçün artıq, hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciətlər hazırlanır.

Mövzuya qayıdacağıq.


VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI