17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
Azərbaycanlıların petisiyası Fransa saytının diqqətində
Fransanın “Megazap” saytı öz nəşrində azərbaycanlıların Senata və Fransa xalqına ünvanladığı petisiyaya toxunub.
“Mülki diplomatiya müasir dünyada hələ də aktualdır. Fransa Senatına ünvanlanan petisiya bir çox insanın marağına səbəb olub. Petisiya oktyabrın 11-də Fransanın “Mesopinions” petisiya saytında yerləşdirilib və indiyədək 100 000-dən çox imza toplayıb. Petisiyanın əsas məqsədi Senatda baxılması üçün təklif olunan Azərbaycan əleyhinə qətnaməyə etirazdır.
İndiyə qədər heç vaxt Azərbaycanı rəsmi şəkildə təmsil etməyən sadə vətəndaşlar Fransanın parlament orqanlarına və xalqına müraciət etməyiblər. Bizi buna 2022-ci il oktyabrın 3-də Senatın altı üzvünün təklif etdiyi və baxılması noyabrın 15-nə təyin edilmiş anti-Azərbaycan qətnaməsi vadar edib.
Bu sənəddə ölkəmizə, deməli, bizə qarşı ittihamlar var, həmçinin Fransa hökumətinə və digər Aİ ölkələrinə Azərbaycan qazı və neftinin idxalına qarşı sanksiyalar tətbiq etməyə çağırış edilib.
Bu, Ermənistan-Azərbaycan münaqişəsinə tamamilə birtərəfli və qərəzli yanaşmadır. Qətnamə müəllifləri yalnız bir tərəfin - ermənilərin maraqlarını müdafiə edirlər. Eyni zamanda qarşı tərəfin qurbanlarına, iztirablarına, istəklərinə tamamilə etinasız yanaşır, həmişə biz azərbaycanlıları günahkar sayırlar. Bir millətə bu cür üstünlük vermək, digər millətə qarşı ayrı-seçkilik etmək etnik dözümsüzlüyün və irqçiliyin ictimai təzahürü hesab olunur!
Anlamağa çalışın ki, Ermənistan-Azərbaycan münaqişəsi sizə təlqin etmək istədiklərindən qat-qat mürəkkəb ziddiyyətlər, travmalar və incikliklər zənciridir. Fransanın birtərəfli qavrayışdan qurtulması və daha balanslı mövqe tutması çox vacibdir”, - deyə fransız saytı azərbaycanlıların petisiyasına münasibət bildirib.
Qeyd edək ki, azərbaycanlıların Senata və Fransa xalqına ünvanladığı petisiya “Mesopinions” saytında indiyədək yerləşdirilmiş xarici mövzularda ən rezonans doğuran petisiyaların ilk beşliyinə daxil olmasına baxmayaraq, Fransa mediasının əksəriyyəti buna məhəl qoymayıb. Bu da Fransa tərəfinin Azərbaycana qarşı qərəzli yanaşmasından xəbər verir.
VETENİM-AZERBAYCANDIR.AZ