Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Soçi görüşü Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi tarixə yazıldı.

Soçi görüşü Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi tarixə yazıldı.
3-11-2022, 21:24 251 dəfə baxılıb


Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi və Yenilməz Ordumuzun şücayəti sayəsində Vətən müharibəsində əldə etdiyimiz Zəfər qələbəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaratdı. Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısı olan dövlətə çevrildi, beynəlxalq siyasət səhnəsində nüfuzu və mövqeyi daha da möhkəmləndi. Cənab Prezidentimiz tərəfindən həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaratdı.
Oktyabrın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Soçi şəhərinə işgüzar səfər etmişdir. Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində əvvəlcə bu ölkənin lideri Vladimir Putinlə təkbətək, sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üç tərəfli görüş keçirildi. Görüşün əsas məqsədi Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması, eyni zamanda Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin, davamlı iqtisadi inkişafın təmin edilməsi prinsiplərindən ibarət idi. Azərbaycan və Rusiya liderlərin təkbətək görüşləri zamanı cənab Prezident İlham Əliyev Qarabağ münaqişənin iki il öncə həll edildiyini bir daha diqqətə çatdırdıraraq vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixdir. Münaqişə iki il əvvəl həll edilib və buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur. Dövlətimizin başçısı, həmçinin qeyd etdi ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür”. Görüşdə Azərbaycanın indiki reallıqda daha çox regional məsələlərin qarşılıqlı müstəvidə həllində maraqlı olduğu qeyd edildi. Azərbaycanın post-münaqişə dövrü ilə bağlı reallıqlara uyğun addımlar atdığı vurğulandı.
Ermənistanın baş nazirinin təxribat xarakterli cəhdlərinə baxmayaraq Prezident İlham Əliyev Soçi görüşündə Azərbaycanın prinsipial və qətiyyətli mövqeyini növbəti dəfə uğurla müdafiə etdi. Dörd saata yaxın davam edən görüşün yekunu olaraq qəbul edilən birgə bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə əks olundu. Yekun bəyanatda Qarabağla və “status”la bağlı heç bir söz yer almayıb. Çünki Qarabağ Azərbaycanın ərazisi olduğu üçün burada baş verənlər də ölkəmizin daxili işi hesab edilir. Ona görə də, Ermənistan Azərbaycanın təklif etdiyi 5 bəndlik sülh konsepsiyasına uyğun addım atmalıdır. Eyni zamanda bu ölkə silahlı birləşmələrinin qalıqlarını Qarabağdan çıxarmalı, Zəngəzur dəhlizinin açılmasına və bölgədə daimi sülhün bərqərar olmasına maneə olmamalıdır. İmzalanmış sənəddə əks olunan məqamlara əsasən əminliklə demək olar ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail oldu və hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapdı. Qəbul edilmiş Bəyanata əsasən Rusiyanın köməyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələrinin və eləcə də dini liderlərin arasında dialoqu davam etdirmək, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmləndirmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin başlanması üçün müsbət ab-havanın formalaşdırılmasının vacibliyi əsas olaraq göstərilir. Bu baxımdan Soçidə baş tutan üçtərəfli görüş çərçivəsində əldə olunan razılaşmalar mühüm əhəmiyyət kəsb edir. Soçi görüşünün nəticəsi birmənalı olaraq Azərbaycanın milli maraqları istiqamətində Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi kimi tarixə yazıldı.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI