17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
“Öyrənək və işləyək” -sahibkarlıq kurslarının və praktik əmək emalatxanalarının təşkili layihəsinin
“Öyrənək və işləyək” - Gəncədə gənc qızlar, evdar və
tək qalan qadınlar üçün peşəyönümü sənət dərnəklərinin,
sahibkarlıq kurslarının və praktik əmək emalatxanalarının təşkili
layihəsinin
PRES- RELİZİ
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi-nin maliyyə dəstəyi və Azərbaycan Respublikası “Gəncə Sahibkar Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə “Öyrənək və işləyək” - Gəncədə gənc qızlar, evdar və tək qalan qadınlar üçün peşəyönümü sənət dərnəklərinin, sahibkarlıq kurslarının və praktik əmək emalatxanalarının təşkili layihəsinin icrasına başlanılıb.
Layihə Gəncə şəhərində 2 ay müddətində ( 1 sentyabr - 31 oktyabr ) icra ediləcək. Layihə çərçivəsində peşəyönümü sənəti 3 qrup (dərzilik, bərbərlik, aşpazlıq və kulinariya) üzrə həftənin bir günü olmaqla toplam 8 dərs həyata keçiriləcək.
Layihənin məqsədi gənc qızları, ailə problemləri ilə üzləşmiş, sosial, iqtisadi çətinlikləri olan evdar və tək qalan qadınları peşəyönümü sənətə, kiçik biznesin təşkili qaydalarına yiyələndirməklə ehtiyaclarının qarşılanması, sahibkarlıq üzrə bilik və bacarıqlarının formalaşdırılmasına yardım etmək, əmək emalatxanalarının yaradılması, öz bizneslərini təşkil etməklə ilkin məşğulluğunun təmin olunmasına dəstək olmaq, sosial dayanıqlı etməkdir.
9 sentyabr, 15 sentyabr, 22 sentyabr, 29 sentyabr, 06 oktyabr, 13 oktyabr, 20 oktyabr və 27 oktyabr 2022 – ci il tarixlərində Dərzi, bərbər, aşbazlıq və kulinariya sahəsi üzrə toplam 8 dərs həyata keçirildi.
“Öyrənək və işləyək” - Gəncədə gənc qızlar, evdar və tək qalan qadınlar üçün peşəyönümü sənət dərnəklərinin, sahibkarlıq kurslarının və praktik əmək emalatxanalarının təşkili layihəsi üzrə gənc qızları, sosial, iqtisadi çətinliklərlə, ailə problemləri ilə üzləşmiş gənc evdar və tək qalan qadınları peşəyönümü sənətə (dərzilik, bərbərlik, aşpazlıq, kulinariya) cəlb etmək üçün dərnəkləri təşkil etmək, sahibkarlıq bacarıq və vərdişlərinə yiyələndirmək, praktik əmək emalatxanalarında bilik və bacarıqlarını praktik olaraq təcrübədən keçirmək və ilkin məşğuliyyətlərini təmin etmək üçün Gəncə şəhərində gənc qızlar, evdar və tək qalan qadınlar üçün hər biri 10 nəfərdən ibarət 3 qrupda (30 nəfərə) 3 peşəyönümü sənəti üzrə dərzilik, bərbərlik aşpazlıq və kulinariya nəzərdə tutulsa belə yekun nəticədə kulinariya və aşbazlıq üzrə 14 nəfər, dərzilik üzrə 12 nəfər, Bərbərlik üzrə 14 nəfər hər biri həftədə 1 dəfə olmaqla 3 qrupda 8 həftədə toplam 24 dərs kurslarının təşkil olundu.
Layihənin sonunda kulinariya və aşbazlıq üzrə 6 nəfər, dərzilik üzrə 7 nəfər, bərbərlik üzrə 7 nəfər işlə təmin olunub. Kulinariya və aşbazlıq üzrə 3 nəfər, dərzilik üzrə 2 nəfər, bərbərlik üzrə 4 nəfər öz şəxsi bizneslərini quracaqlarını söylədilər.
Mahiyyəti üzrə 40 nəfər xanıma sertifikat verildi.
Bu layihənin davamlı və daha da güclü olması üçün təkcə Gəncə şəhərində yox eyni zamanda digər regionlarda da təşkil etməyi nəzərdə tuturuq. Buna əsas səbəb isə ”Gəncə Sahibkar Qadınlar” İctimai Biliyinin sosial şəbəkə üzrə gələn təkliflərdir. Layihənin hər dərsi sosial şəbəkədə paylaşılan zaman mesaj bölməmizə bu dərslərin digər regionlardada həyata keçirlməsini və ehtiyyacın çox olduğunu qeyd etdilər.
VETENİM-AZERBAYCANDIR.AZ