17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
17:46 - "Sabah" yeni baş məşqçisini açıqlayıb
17:45 - G7 ölkələri Çini cəzalandırmaq istəyir
17:43 - Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
18:42 - Azərbaycan nümayəndə heyəti NATO PA-nın 70-ci illik sessiyasında iştirak edir
18:37 - Azərbaycan cüdoçuları Avropa Kubokunda 4 medal qazanıb
18:36 - İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək
18:34 - UNEP rəhbəri: Bakıda COP29-da bizim quracağımız təməl qoyulub
ABŞ azərbaycanlıları Ermənistana qarşı təcili tədbirlər görülməsini tələb ediblər
Albaniyanın Baş naziri cənab Edi Rama Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 illiyi ilə bağlı müraciət edib.
Müraciətdə deyilir:
"Əziz dostlar, bu xüsusi axşamda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılmasından 10 illik ötür. Sizə müraciət etmək şərəf və qürurvericidir. Albaniya insan ruhunun ən yüksək dəyərlərini təbliğ edən belə bir qlobal formatda iştirak edir. Bu xüsusən insanların mürəkkəb çağırışlarla qarşılaşdığı zamanlarda daha çox lazımdır. Böyük şair öz əsərlərində sevgiyə, insan taleyinə bu nəğmələrdə dünya üçün mənəvi irs qoymuşdur. Nizami Gəncəvi öz əsərlərində mənəviyyat və ədalətin səsi olmaq məsuliyyətini üzərinə götürmüşdür. O, öz zamanından çox-çox öncədən qadınların cəmiyyətdə oynadığı xüsusi rolu, sevgi ədaləti və müdriklikdən ibarət demokratik bir dünya təbliğ edilməsinə çalışmışdır. Onun irsi bu gün bizə içəriyə baxmağa və niyə hələ də eyni məqsədlər uğrunda mübarizə apardığımızı anlamağa çalışmağa çağırır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bir hissəsi olmaq hər kəsə həyata baxışlarını canlı saxlamağa imkan verən platformadır, beləku bu baxışlar tarixən xalqımızı, alban xalqını da ruhlandırmışdır. Mərkəzin bu perspektivi necə inkişaf etdirdiyini və onu qlobal miqyasda təbliğ etdiyini və ildən-ilə böyüdüyünü görmək çox gözəldir.
Bu gün mədəniyyətlərarası dialoq cəmiyyətinin harmoniyada olması üçün vacibdir və dövlət işində rəhbər prinsip olmalıdır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi əməkdaşlığın gücünə və onun ölkələr və mədəniyyətlər arasında dialoq və anlaşmanı artırmaq missiyasına inananlar üçün bir məkandır. Albaniya xalqıda çətin tarixi sınaqlardan çıxmışdır və keçmişimiz daima bizə gələcəyə baxmağa kömək etmişdir. Sizin yaratdığınız bu mərkəzin bir hissəsi olmaq böyük zövqdür. Sizin yaratdığınız mərkəz hər il böyüyərək inkişaf edir.
O cümlədən mən, Ermənistan və Azərbaycan sərhədlərindəki Qarabağ münaqişəsinin sülh və beynəlxalq qanunlar çərcivəsində həllinə dəstəyimizi vurğulamaq istərdim. Mərkəzin adını daşıdığı dahi şairin yazılarından sitat gətirmək istərdim: Ən çətin anlarda belə ümidini itirmə. Cünki ən qara buludlardan belə kristal yağış yağır.
Sizə dərin təşəkkürümü bildirir və işlərinizdə daima uğurlar arzulayıram".
VETENİM-AZƏRBAYCANDIR.AZ