Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Sonda Bakının istədiyi olacaq”

“Sonda Bakının istədiyi olacaq”
26-10-2022, 16:18 193 dəfə baxılıb

Son günlər Minsk qrupunun hər üç üzvü, o cümlədən bəzi regional dövlətlərin ictimai adamları, millət vəkilləri, rəsmiləri və mediası tərəfindən Azərbaycana qarşı davamlı olaraq təbliğat aparıldığının şahidiyik. Bu kontekstdə həm Qərb, həm Rusiya, həm də İran ciddi şəkildə Azərbaycana pressinq edərək hansısa maraqlarının Bakı tərəfindən qəbul olunmasını istəyirlər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov feysbuk hesabında yazıb.
O, “Azərbaycana qarşı kollektiv hücum” adlı yazısında bunları qeyd edib: “Dünənlərdə bu təbliğata BBC-nin də qoşulması və daxilimizdə bəzi “siyasi fəalların” adıçəkilən “xəbər carçısı”na Bakını tənqid edən şərhlər vermələri, sözsüz ki, birmənalı qarşılana bilinməz.
Rusiya, İran, Fransa kanallarında, o cümlədən BBC-də gedən süjetə, o cümlədən Parisin noyabrın ortasında Azərbaycana qarşı qətnamə qəbul etmək fikrində olması və bütün digər məqamlara baxmayaraq - sonda Bakının istədiyi olacaq.
Azərbaycan-Ermənistan arasında danışıqlara müdaxilə edən və əldə edilən razılıqların icrasının qarşısını almaq istəyən, razılaşdırılmış sülh müqaviləsinin qaralamasını yayan müəyyən dövlətlər öz məqsədlərinə çatmayacaqlar”.




VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI