Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Dövlətimizdən ayrı düşmüş azərbaycanlılara əlimizdən gələni edəcəyik” - Prezident

“Dövlətimizdən ayrı düşmüş azərbaycanlılara əlimizdən gələni edəcəyik” - Prezident
21-10-2022, 22:35 164 dəfə baxılıb

"Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik. Həmçinin mən bunu da bilirəm ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər".
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
"Buna görə də düşünürəm ki, qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu - taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik.
Biz bu mövzuları sizinlə bu və ya digər dərəcədə müzakirə etmişik və mən həmişə sizin timsalınızda öz türk köklərinə dərindən bağlı olan bir insan görmüşəm. Mən bunu səmimi deyirəm. Mənim üçün bu, çox mühüm amildir, ona görə ki, biz hamımız öz köklərimizi yadda saxlamalı və ölkələrimizi yaxınlaşdırmağa çalışmalıyıq. Türk dünyası dünya miqyasında çox böyük potensiala, coğrafiyaya, nəqliyyat yollarına, enerji resurslarına, insan potensialına, intellektual potensiala malik olan böyük ailədir, böyük sərvətdir. Buna görə birlik bizim gücümüzdür".



VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI