Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bildiyimiz kimi Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib.

Bildiyimiz kimi Oktyabrın 13-də Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclası keçirilib.
17-10-2022, 10:53 327 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib və ölkəmizi təmsil edib.
Gündəmin əsasını təşkil edən isə ölkə başçımızın
 Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin  6-cı Zirvə Toplantısının plenar iclasındakı çıxışı oldu. Olduğca vacib məqamlara toxunan ölkə başçımız yetərincə məlumat və açıqlamalar verdi.
Cənab Prezidentimiz qeyd edərək bildirdi ki, Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib. Belə ki, hələ birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin düşmüşdür. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi məzarlıqlarda basdırılıb və erməni vandalizminin qurbanı olmuşdurlar. 
Hətta  işğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlar aşkar edilmişdir. Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir deyə çıxışına davam edən ölkə başçımız daga sonra  Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasında olduğunu vurğuladı. İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb. İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır;
“Böyük Qayıdış” adlanan proqram artıq başlayıb. Minalardan təmizlənmə ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdış prosesi başlanıb. 
Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistan sərhəddə təxribatlar törətməkdə davam edir. Bunlardan sonuncusu isə bu ilin sentyabr ayında törədilib. Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün qətiyyətli əks-həmlə əməliyyatına başlamağa məcbur oldu. Bütün bu təxribatlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. 
 Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Bütün bu nüansları və sadalamadığım  bir çox məsələləri plenar uçlasın tribunasında səsləndənən liderimiz bir daha revanşist erməni xislətini bir daha cahana tanıtmış oldu. Azərbaycan sülh ölkəsidir, hər zaman da buna çalışmışdır.
Bütün dünya yalnız sülh üçün birləşməlidir, bu ölkə olaraq bizim istəyimizdir.
Yaşasın Azərbaycan və onun güclü, siyasi Lideri!

Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı.


 
VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI