17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Ukraynadakı müharibədə bütün tərəflər eyni anda həm qalib gəlib, həm uduzub - Kiyevdən MÜSAHİBƏ
“Uduzmamaq - qazanmaq demək deyil. Ukrayna indi məğlub oldu? Yox. Fevral və mart aylarında daha çətin dövrlərimiz var idi, baxmayaraq ki, indi Rusiyanın işğalı və hətta ilhaqı altında olan ərazilərimiz var. Faciə - müəyyən müddətə ərazinin bir hissəsini itirmək deyil, bir ölkəni itirməkdir. Biz ölkəni itirməmişik; olub, var və olacaq. Torpaqlarımızı da qaytaracağıq...”
Bunu tanınmış ukraynalı politoloq, Qlobal Strategiyalar İnstitutunun direktoru Vadim Karasev Oxu.Az-a Rusiyanın uduzmaq, Ukraynanın isə itirmək istəməməsini və NATO-nun Rusiyanın qalib gəlməsinə imkan verməmək cəhdlərindən danışarkən bildirib.
Təxminən 30 illik erməni işğalından sonra Azərbaycanın öz ərazilərini geri qaytarmasını şərh edən ekspert Ukraynanın da bunu mütləq edəcəyinə əminliyini bildirdi. Ssenarinin necə olacağına gəldikdə isə o, bunu ilin sonuna qədər anlamağın mümkün olacağını və hər şeyin cəbhə xəttində müəyyənləşdiyini deyib.
“Rusiya indi məğlub olub? Formal olaraq, bəli. Axı, vəzifələri nə idi? Siyasi rejimin dəyişməsi, Ukraynada geosiyasi mənaların dəyişməsi, demilitarizasiya və s. Bu, “xüsusi hərbi əməliyyat”ın (SVO) məqsədləri idi. Lakin Rusiyanın SVO rəhbərliyi yazda məğlub oldu. Səfərbərlik qismən də olsa, Rusiya Federasiyasının məğlubiyyətinin sübutu deyilmi? Bununla belə SVO-da qalib gəlməyən Rusiya hər şeyini də itirmədi. Moskvada bunun uğur olduğunu söyləyə bilərlər, çünki Rusiya Federasiyasında Ukrayna ərazisinin bir hissəsinin ilhaqı faktını qeyd etdilər, müəyyən “müqavilələrin” təmtəraqlı imzalanması oldu. Rusiya cəmiyyəti və elitası bunu aralıq qələbə kimi qəbul edə bilər”, - deyə politoloq davam edib.
Müsahib sonra Ukraynanın bir dövlət kimi saxlanmasına kömək edən və Rusiyanın qalib gəlməsinə imkan verməyən Qərbdən danışaraq, onların da uduzmadığını, hətta Rusiya Federasiyasının Şərqi Avropaya hərbi təsirinin geri qayıtmasının qarşısını almaqla hardasa qalib gəldiyini vurğuladı.
“Deməli, hər şey nisbidir və bir növ pakt var ki, onu ancaq qeyri-ənənəvi silahlardan istifadə etdikdən sonra pozmaq olar və bunu heç kim istəmir. Odur ki, görək qarşıdakı aylarda döyüş meydanında hansı hadisələr baş verəcək”.
Ekspert vurğulayıb ki, müharibə ilin sonuna kimi dondurula bilər, çünki heç kim uduzmayıb, amma hamı bir az qalib gəlib.
“Hər kəsin alternativi - indi hər şeyi qazanmaq və ya hər şeyi itirməkdir. Bu, hər şeyi riskə atmaqdan, o cümlədən üçüncü dünya müharibəsi səviyyəsinə keçiddən yaxşıdır”, - deyə V.Karasev sözlərini yekunlaşdırıb.
Nair Əliyev
VETENİM-AZƏRBAYCANDIR.AZ