Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Azərbaycanın Fransa ilə bütün münasibətləri kəsilməlidir” - Yenilənib

“Azərbaycanın Fransa ilə bütün münasibətləri kəsilməlidir” - Yenilənib
14-10-2022, 12:25 160 dəfə baxılıb

“Fransa Prezidenti Azərbaycan əleyhinə açıqlamasında qeyd edir ki, onu heç kim neft və qazla ala bilməz. Mənsə deyirəm ki, vicdanlı, ədalətli,VETENİM-AZƏRBAYCANDIR.AZ satılmayan adam işğalçı Ermənistanın şeypuruna, tütəyinə çevrilməz”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bildirib.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövlətinin 20%-i 30 il işğal altında olanda heç kim demədi ki, Ermənistan 1991-ci ildə olan sərhədlərə qayıtmalıdır: “10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatdan sonra Ermənistana Azərbaycanla sülh sazişi imzalanması üçün, Azərbaycanın ərazi bütövlüyünün tanınması üçün təzyiq göstərilsəydi, 13-14 sentyabrda Ermənistanın təxribatı da baş verməzdi. Bunlara görə, Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır”.
Deputat qeyd edib ki, Fransa Parlamentində noyabrın 15-də Azərbaycan əleyhinə qətnamə qəbul olunarsa, Azərbaycan Fransa ilə diplomatik əlaqələri kəsməli, səfiri geri çağırmalıdır.
Deputat Fəzail Ağamalı da bildirib ki, Azərbaycanın Fransa ilə bütün münasibətləri kəsilməlidir. 
Onun sözlərinə görə, Fransa Senatı Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini istəyir: “Xarici İşlər Nazirliyindən də bu məsələ ilə bağlı sərt reaksiya gözləyirəm. Mən Fransa ilə diplomatik münasibətlərə yenidən baxılmasının tərəfdarıyam”.
Eldar Tanrıverdi


VETENİM-AZƏRBAYCANDIR.AZ


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI