17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
“Ermənistan yeni münaqişə ocağının yaranmasına çalışır”
Ombudsman Aparatı son günlər Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən növbəti hərbi təxribatlarla münasibət bildirib.
Qurumdan verilən məlumatda qeyd olunub ki, Ermənistan yenə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, beynəlxalq humanitar hüququn tələblərinə zidd olaraq Azərbaycana qarşı təxribatçı əməllər törətməklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir: “Qeyd etmək istərdik ki, son vaxtlar demək olar ki, hər gün Ermənistan silahlı qüvvələri dövlət sərhədinin müxtəlif bölgələrindən Azərbaycan Respublikasının mövqelərini atəşə tutmaqla vəziyyəti gərginləşdirməyə və yeni münaqişə ocağının yaranmasına çalışır. Eyni zamanda qarşı tərəf təxribat-diversiya qrupları vasitəsilə Daşkəsən, habelə işğaldan azad olunmuş Kəlbəcər rayonu ərazilərində çoxsaylı minalar basdırır ki, bu da insanların həyat və sağlamlığının ciddi təhlükə altına düşməsinə səbəb olur”.
Məlumatda bildirilib ki, Ermənistanın hər iki ölkə arasında sülh danışıqlarına zərbə vuran təxribat xarakterli bu kimi əməlləri tərəfimizdən dəfələrlə şiddətli şəkildə qınanılıb və müvafiq beynəlxalq qurumlara müraciətlər olunub. Lakin hələ də Ermənistana qarşı beynəlxalq səviyyədə məsuliyyət müəyyən edən tədbirlər görülmədiyindən, onun Azərbaycanın ərazisinə və mülki əhalisinə etdiyi hücumlar artmaqdadır, bütün bunlar isə regionda bərpa-quruculuq və sülh prosesinə zərbə vurur, həmçinin insan hüquq və azadlıqlarının təmininə maneə törədir.
VETENİM-AZƏRBAYCANDIR.AZ