17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması üçün böyük layihələr həyata kecirilir.
Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizin 27 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq bildirib ki, işğal dövründə Ağdam şəhəri xüsusi qəddarlıqla dağıdılmışdır. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. Mənfur düşmən Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ermənilər İşğal dövründə bütün ərazilərimizi talan etməklə bərabər xaraba qoyduqları şəhərlərin, kəndlərin daşlarını da oğurlayıb satıblar.Qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzura səfər edən minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın törətdiyi vandalizmi öz gözləri ilə görmüşlər. Ağdamdakı erməni barbarlığının miqyassız olmasından xarici ekspert və jurnalistlər heyrətə gəlmiş və Ağdama “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” kimi adlar vermişlər. Bütün bu vəhşiliklər beynəlxalq təşkilatların gözləri qarşısında baş verib. Həmin təşkilatlar Azərbaycan xalqının humanitar fəlakətinə göz yumdu və işğalçını öz adı ilə çağırmaqda özündə cəsarət tapa bilmədi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Halbuki, Minsk qrupu münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Əslində isə, ötən illər ərzində Minsk qrupu işğalçılıq siyasətini legitimləşdirməklə məşğul olub. Artıq ölkəmiz öz gücünə erməni işğalına son qoyaraq torpaqlarımızı azad etmişdir.Odur ki, heç bir vasitəçiliyə də ehtiyac yoxdur. Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra ölkəmiz 27 il işğaldan əziyyət çəkməsinə baxmayaraq Ermənistana sülh təklif edib və sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquq çərçivəsində beş əsas prinsip irəli sürüb. Ölkəmizin Ermənistana sülh təklifi ilə çıxış etməsi, həmçinin hərbi əməliyyatlar bitdikdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə başlanılıması Azərbaycanın regionda davamlı sülhdə maraqlı olmasının göstəricisidir. Tarixi Qələbənin qazanılmasından qısa müddət keçməsinə baxmayaraq bu gün işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması hər birimizi çox sevindirir. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Artıq ölkəmizin ərazi bütövlüyünün bərpası soydaşlarımızın öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaradıb. Bu məqsədlə həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi istiqamətində işlər görülür. Bu baxımdan qarşıya qoyulan vəzifələrin uğurlu icrası nəticəsində Qarabaqda və Şərqi Zəngəzurda layiqli yaşayış səviyyəsi təmin edilir, müasir infrastruktur qurulur, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla, əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması istiqamətində işlər görülür. Hava limanları,avtomobil və dəmir yolları, tunellər, körpülər, məktəb və xəstəxanalar tiklir. Bütün azad olunmuş ərazilərdə artıq elektrik təchizatı tamamilə bərpa edilib. Ümumiyyətlə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması, eləcə də, Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması üçün dövlətimiz tərəfindən böyük layihələr həyata kecirilir. Beləliklə,44 ölkədən 130-dan çox nümayəndənin, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı Forumun iştirakçıları Ağdamda erməni vandalizminin əyani şahidi olmaqla yanaşı, bu ərazilərdə Azərbaycanın həyata keçirəcəyi layihələr barədə ətraflı məlumat alıblar. Bu baxımdan Milli Şəhərsalma Forumunun açılış mərasiminin Ağdamda keçirilməsinin xüsusi əhəmiyyəti vardır.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
VETENİM-AZƏRBAYCANDIR.AZ