Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Həmin videoların yayılması qələbəmizə kölgə salmaq məqsədi daşıyır”

“Həmin videoların yayılması qələbəmizə kölgə salmaq məqsədi daşıyır”
10-10-2022, 11:47 155 dəfə baxılıb

“Ermənilərin Azərbaycan xalqına qarşı cinayətlərinin külliyatını videoçarxlar, kitablara sığdırmaq mümkün deyil!”
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdadə Heyətinin sədri və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Ermənistanın Azərbaycan xalqına qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsi əsl Nürnberq prosesini xatırlatdı və Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində əldə etdiyi parlaq qələbə ilə BMT-nin sifətini xilas etdi.

Zahid Oruc deyib ki, son zamanlar Azərbaycan əsgərlərinin guya erməni hərbçilərə qarşı cinayət törətməsi videolarının yayılması Azərbaycanın qələbəsinə kölgə salmaq məqsədi daşıyır: “Bu günə qədər Ermənistanın Azərbaycana qarşı cinayətlərə, Edillidə, Fərruxda tapılan kütləvi məzarlıqlarla bağlı beynəlxalq hüquqi qiymət verilməyib. Ermənistanın milli məhkəmələrində bir nəfər də olsun, Xocalı qatili mühakimə olunmayıb. Buna cəhd edən hakimiyyət və hakimləri dünya erməniliyi linç edərdi. Əksinə, onların son 30 ildəki hərbi qəhrəmanlarının çoxu millətimizə qarşı cinayət törədənlərdir.

Eldar Tanrıverdi


VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI