17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Xankəndidə aksiyaçılar tələb etdi, Araik gəlmədi və...
Xakəndidə bu gün bir qrup erməninin aksiyası sona çatıb.
Aksiya iştirakçıları son proseslərlə bağlı suallarına cavab almaq üçün separatçı tör-töküntüsünün başçısı Araik Arutyunyanı tələb ediblər. Lakin onlara bildirilib ki, Araik Xankəndidə deyil.
Bundan narazı qalan aksiyaçılar Arutyunyanın gəlməsi üçün 30 dəqiqə vaxt veriblər, əks halda, separatçıların toplandığı binanı ələ keçirəcəklərini iddia ediblər.
Yarım saat deyil, bir saat da keçib və təbii ki, Araik gəlməyib. Buna baxmayaraq, etirazçılar nə bina basıblar, nə də mitinqi davam etdiriblər. Onlara Araik Arutyunyanın televiziya ilə çıxış edəcəyi və məsələlərə aydınlıq gətirəcəyi bildirilib, etirazçılar da başlarını aşağı salaraq, dağılıblar.
Qeyd edək ki, aksiyanın səbəbi Ermənistan Baş naziri Nikol Paşinyanın regionda reallığın dəyişdiyi və Xankəndi ilə bağlı İrəvanın heç bir addım atmayacağını deməsindən sonra başlayıb. Bəzi politoloqlar isə bu aksiyanı elə İrəvanın təşkil etdiyini, bununla sülh prosesinə təsir etmək istədiyini bildirirlər.
VETENİM-AZƏRBAYCANDIR.AZ