17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
Xüsusi təyinatlıların Hadrut əməliyyatı: “Düşmən qaçıb yüksəkliklərdə gizlənmişdi” - FOTO/VİDEO
"Bizim qrup 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına Murovdağ istiqamətindən başladı. Oradakı postlarda düşməni məhv etdikdən sonra növbəti tapşırıq Hadrutun azad edilməsi oldu".
Bunu açıqlamasında Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) keçmiş hərbi qulluqçusu, Vətən qazisi Elçin Fətullayev deyib.
Onun sözlərinə görə, Azərbaycan Ordusu Hadrut istiqamətinə daxil olanda ermənilərin bütün canlı qüvvəsi qəsəbənin içərisində və ətrafdakı dağlarda cəmləşmişdi: "Ermənilər üçün Hadrut strateji cəhətdən Şuşa qədər böyük əhəmiyyət daşıyırdı. Burada düşmənin böyük hərbi hissəsi yerləşirdi. Onlar təkcə 300-dən çox heyətini dağlarda yerləşdirmişdilər. Eyni zamanda, qəsəbə ərazisində də xeyli sayda canlı qüvvələri vardı. Düşmənin ciddi müqavimətinə baxmayaraq, qəsəbəyə daxil ola bildik. Çünki komandirimiz qarşımıza tapşırıq qoymuşdu ki, nəyin bahasına olursa-olsun Hadrut azad edilməlidir".
XTQ qazisi bildirib ki, Hadrut qəsəbəsində baş vermiş döyüşlər daha şiddətli olub: "Hərb tarixində şəhər və qəsəbə döyüşləri daha ağır döyüşlər sayılır. Düşmən bizə çox ciddi müqavimət göstərirdi, geri çəkilmək istəmirdi. Ancaq Azərbaycan Ordusunun aşa bilməyəcəyi maneə yoxdur. Qəsəbənin girişində ermənilərin 60-a yaxın canlı qüvvəsini məhv etdik. Onlar bizi bu dərəcədə güclü təsəvvür etmirdilər. Düşmən qarşımızda tab gətirə bilməyib yenidən yüksəkliklərə qaçmağa məcbur oldu".
Azərbaycan Ordusu bu döyüşlərdə də ermənilərin xeyli sayda döyüş texnikası və silah-sursatını ələ keçirib.
"Oktyabrın 9-da Hadrut qələbəsini düşməndən təmizlədik və üç rəngli şanlı bayrağımızı burada ucaltdıq. Biz bununla qürur duyduq. Ermənilər bunu həzm edə bilmədilər və qaçıb gizləndikləri yüksəkliklərdən bizi minaatanlardan atəşə tutmağa başladılar. Lakin imkan vermədik ki, bayrağımız endirilsin. Təbii ki, döyüşlərdə şəhidlərimiz də oldu. Hadrut istiqamətində gizirlərimiz - Rəşad Babayev, Fikrət Zeynalov və Xəyal Şəkərov şəhidlik zirvəsinə ucaldılar. Kiçik gizirlərimiz - Sənan Məmmədov və Kamran Əliyev qəhrəmanlıq göstərdilər və onlar yaralandılar", - Vətən müharibəsinin veteranı vurğulayıb.
XTQ-nın keçmiş hərbi qulluqçusu deyib ki, bizim digər qrupumuz düşmənin Xocavəndin mərkəzindən Hadruta gələn köməyin qarşısını almaq üçün yolun üzərində yerləşdirilmişdi: "Həmin qrupumuz düşmənin 150-yə yaxın şəxsi heyətini məhv etmişdi. Daha sonra biz ermənilərin 022 saylı XTQ-si ilə qarşılaşdıq. Çox ağır döyüşlər getdi. Lakin onları silahı yerə atıb qaçmağa məcbur etdik. Təəssüf ki, burda da gizir Mədət Xankişiyev şəhidlik zirvəsinə yüksəldi. Düşmənin digər yüksəklikdə radiolokasiya bölməsi var idi. Biz 25 hərbçi ilə onları məhv etdik.
Sonda onu demək istəyirəm ki, torpaq su ilə yoğrulanda palçıq, qanla yoğrulanda Vətən olur. İşğal altındakı torpaqlarımız neçə-neçə igidin qanı hesabına azad edildi. Bir daha yağı düşmənin torpaqlarımıza ayaq basmasına imkan verməməliyik. Biz canımızı, qanımızı verdik ki, övladlarımız xoşbəxt və firavan yaşasın. Təki Vətən sağ olsun!"
Xatırladaq ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə E.Fətullayev "Vətən uğrunda", "Şücaətə görə", "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub
VETENİM-AZƏRBAYCANDIR.AZ